Tenqri
Ana Səhifə
Dünya

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşən 1993-cü il 15 iyun tarixi təkcə ölkəmiz üçün deyil, bütövlükdə Türk dünyası üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki həmin dövrdə Azərbaycan xalqının təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev nəinki Azərbaycanı

0 baxışazertag.az
15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH
Paylaş:

Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşən 1993-cü il 15 iyun tarixi təkcə ölkəmiz üçün deyil, bütövlükdə Türk dünyası üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki həmin dövrdə Azərbaycan xalqının təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev nəinki Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, eyni zamanda, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan türk birliyinin siyasi və ideoloji əsaslarının yaranmasına mühüm töhfə verdi Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri siyasi şərhçi Nadir Azəri deyib Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin dağılması təhlükəsi aradan qaldırıldı və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi: “Qısa müddətdə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları gücləndirildi və “Əsrin müqaviləsi” kimi tarixi layihələr vasitəsilə ölkənin iqtisadi inkişafının təməli qoyuldu. Bununla yanaşı, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Onu da vurğulayaq ki, Ulu Öndərin siyasətinin ən mühüm istiqamətlərindən biri Türk dünyasının birliyinin möhkəmləndirilməsi idi. O, Azərbaycanın Türk dünyasının ayrılmaz hissəsi olduğunu daim vurğulayır, Türkiyə və digər türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. Məhz Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan–Türkiyə münasibətləri inkişaf etdi və “Bir millət, iki dövlət” kəlamı ortaq ideoloji xəttə çevrildi. Sonrakı dövrdə bu fəlsəfə türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsinə və türk birliyinin yeni mərhələsinin formalaşmasına güclü stimul verdi” Nadir Azəri bildirib ki, eyni zamanda ,Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla münasibətlər ardıcıl şəkildə inkişaf etdirildi, qarşılıqlı səfərlər və əməkdaşlıq mexanizmləri genişləndirildi. Heydər Əliyev hesab edirdi ki, ortaq tarixə, dilə və mədəniyyətə malik xalqların birliyi həm mənəvi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Onun təşəbbüsləri nəticəsində enerji və nəqliyyat layihələri türk dövlətlərini bir-birinə daha sıx bağlayan strateji körpülərə çevrildi. Bu baxımdan deyə bilərik ki, 15 İyun həm də Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu Nadir Azəri deyib ki, bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi: “Bu gün Azərbaycan və Türkiyə Türk dünyasının iki aparıcı aktoru kimi ortaq maraqların müdafiəsində mühüm rol oynayırlar. 2009-cu ildə Naxçıvanda yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının inkişaf edərək Türk Dövlətləri Təşkilatına çevrilməsində də Azərbaycan mühüm rol oynayıb. Xüsusilə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyasına yeni siyasi dinamika gətirdi” Siyasi şərhçi əlavə edib ki, bu gün Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin məntiqi davamıdır. Təsadüfi deyil ki, hazırda Türk Dövlətləri Təşkilatı regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan beynəlxalq platformalardan birinə çevrilməkdədir. Bu baxımdan qeyd edə bilərik ki, 15 İyun- Milli Qurtuluş Günü yalnız Azərbaycanın dövlətçilik tarixinin deyil, həm də müasir türk birliyinin inkişaf yolunun ən mühüm dönüş nöqtələrindən biridir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler