Tenqri
Ana Səhifə
Dünya

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Bu əlamətdar gün müstəqil Azərbaycanın xilası, sabitliyə və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi ölkəmizin tarixində xüsusi yer tutur. Hər il xalqımız tərəfindən böyük ehtiraml

0 baxışazertag.az
15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH
Paylaş:

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Bu əlamətdar gün müstəqil Azərbaycanın xilası, sabitliyə və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi ölkəmizin tarixində xüsusi yer tutur. Hər il xalqımız tərəfindən böyük ehtiramla qeyd olunan 15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin təntənəsidir Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarçiliyinin hüquqi təminatı” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Ulduz Musayeva söyləyib O qeyd edib ki, 15 iyun tarixi Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı, xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi hadisələrlə qalıb. Mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı “Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır”, -deyə U.Musayeva bildirib Onun sözlərinə görə, Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. “15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birlik, güclü dövlətçilik və müstəqillik əzminin təntənəsi olaraq gələcək nəsillərə ötürülən ən dəyərli tarixi irslərdən biridir. Bu gün xalqımızın birliyinin, dövlətçiliyə sədaqətinin və müstəqilliyimizin əbədi olmasının rəmzidir. Milli Qurtuluşdan başlanan yol Azərbaycanın güclü dövlətə çevrilməsinə, iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və tarixi Zəfərin qazanılmasına gətirib çıxarıb. Bu baxımdan, 15 İyun hər birimiz üçün qürur, birlik və dövlətçilik bayramıdır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək”, -deyə U.Musayeva əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler