15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür
15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dövlətçiliyin qorunması, siyasi sabitliyin bərpası və müstəqil dövlət quruculuğu prosesinin başlanğıcıdır. Bu günün əhəmiyyəti konkret siyasi hadisələrlə məhdudlaşdırılmamalıdır. Milli Qurtuluş Azərbaycan dövlətinin gələcək inkişaf modelini

15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dövlətçiliyin qorunması, siyasi sabitliyin bərpası və müstəqil dövlət quruculuğu prosesinin başlanğıcıdır. Bu günün əhəmiyyəti konkret siyasi hadisələrlə məhdudlaşdırılmamalıdır. Milli Qurtuluş Azərbaycan dövlətinin gələcək inkişaf modelini, hüquqi əsaslarını və strateji istiqamətini müəyyən edən dönüş nöqtəsidir Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev deyib O bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi daxili və xarici təhdidlərlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin təxminən 20 faizi işğal edilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Digər tərəfdən, ölkə daxilində separatçılıq meyilləri güclənmiş, siyasi qarşıdurmalar və hakimiyyət böhranı - səriştəsiz idarəetmə dövlətin mövcudluğunu təhlükə altına qoymuşdu “Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı kimi tarixi missiyanı öz üzərinə götürdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin xilas edilməsi və institusional əsaslar üzərində yenidən qurulması prosesi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanda mərkəzləşdirilmiş dövlət idarəçiliyi formalaşdırıldı, siyasi sabitlik təmin edildi və hüquqi dövlət quruculuğuna başlanıldı”, -deyə P.Mehdiyev qeyd edib Siyasi təhlilçi bildirib ki, 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət daşıyan Azərbaycan Konstitusiyası qəbul edildi. Konstitusiya müstəqil Azərbaycanın hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edən fundamental sənəd oldu. Dövlətin quruluş forması, siyasi sistem və suverenlik məsələləri ilk dəfə sistemli şəkildə konstitusion təsbitini tapdı “Milli Qurtuluşun mühüm nəticələrindən biri də iqtisadi müstəqilliyin əsaslarının yaradılması oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan yaratdı. Bu layihə, eyni zamanda, siyasi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyırdı. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və müstəqil siyasət yürütmək imkanlarının genişlənməsi bilavasitə həmin iqtisadi siyasətin nəticəsi idi Milli Qurtuluş Gününün fəlsəfəsi yalnız dövlətçiliyin qorunması ilə məhdudlaşmır. Bu günün əsas mahiyyəti güclü, müstəqil və suveren Azərbaycan dövlətinin qurulması ideyasına söykənir. Məhz bu ideyanın davamlılığını təmin edən ən mühüm amillərdən biri də Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin və dövlətçilik kursunun davam etdirilməsi oldu Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji kurs yeni mərhələyə qədəm qoydu. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi inkişaf, hərbi gücün artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi”, - deyə ekspert vurğulayıb O bildirib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Milli Qurtuluş fəlsəfəsinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki, 1993-cü ildə qarşıya qoyulan əsas məqsəd dövlət müstəqilliyini qorumaq və tam suverenliyə nail olmaq idi. Bu hədəf Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırıldı “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan artıq regional güç kimi regionun siyasi gündəliyini müəyyən edir. Milli Qurtuluş Günü də məhz bu dövlətçilik yolunun başlanğıc nöqtəsi kimi tariximizdə xüsusi yer tutur. 15 İyun Azərbaycan xalqının dövlətçilik iradəsinin, müstəqillik əzminin və suveren dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür”, - deyə P.Mehdiyev əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


