Tenqri
Ana Səhifə
İqtisadiyyat

Bakıda 14-cü İsDB Qrupu Özəl Sektor Forumu işə başlayıb

BAKI, Azərbaycan, 16 iyun. Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun qurumları tərəfindən bankın illik iclasları çərçivəsində təşkil olunan 14-cü Özəl Sektor Forumu (PSF 2026) işə başlayıb Forum “Dayanıqlı Rifah üçün Regional İnteqrasiya” devizi altında keçirilir və İİB-in üzvü olan ölkələrin höku

0 baxıştrend.az
Bakıda 14-cü İsDB Qrupu Özəl Sektor Forumu işə başlayıb
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun qurumları tərəfindən bankın illik iclasları çərçivəsində təşkil olunan 14-cü Özəl Sektor Forumu (PSF 2026) işə başlayıb Forum “Dayanıqlı Rifah üçün Regional İnteqrasiya” devizi altında keçirilir və İİB-in üzvü olan ölkələrin hökumətləri, biznesləri, beynəlxalq maliyyə institutları və investisiya icmasının nümayəndələrini bir araya gətirir Forumun birinci günü çərçivəsində bir sıra yüksək səviyyəli tematik tədbirlər, o cümlədən dayanıqlı iqtisadi inkişafın və regional əməkdaşlığın təmin edilməsində gənclərin roluna həsr olunmuş “Sərhədsiz Gənclər: Birgə regional rifahın idarə edilməsi” adlı gənclər sessiyası keçiriləcək Bundan əlavə, Halal İqtisadiyyat Forumu keçiriləcək və iştirakçılar halal iqtisadiyyatın inkişaf perspektivlərini müzakirə edəcəklər. Bu arada, "Etik Halal Biznes Modelləri və Riske Dayanıqlı Maliyyələşdirmə" adlı strateji dialoqda etik biznes modelləri və davamlı maliyyələşdirmə mexanizmləri araşdırılacaq Ölkənin xarici investorlar üçün imkanlarını, perspektivli iqtisadi sektorları və həyata keçirilən investisiya layihələrini nümayiş etdirəcək bir sıra “Azərbaycan İnvestisiya Baxışı Sessiyaları” zamanı Azərbaycanın investisiya potensialına xüsusi diqqət yetiriləcək

Kaynak: trend.az

Diğer Haberler