11 qeyri-qanuni miqrant Aralıq dənizini keçmək istəyərkən həlak olub
Aralıq dənizinin mərkəzi hissəsində - Liviya, Tunis, Malta və İtaliya arasında qeyri-qanuni miqrasiyanın əsas yollarından birində miqrantlarla yeni faciə baş verib İtaliya mətbuatının İtaliya Sahil Mühafizəsindəki mənbələrə istinadən verdiyi məlumata görə, Maltadan təxminən 45-50 dəniz mili cənub

Aralıq dənizinin mərkəzi hissəsində - Liviya, Tunis, Malta və İtaliya arasında qeyri-qanuni miqrasiyanın əsas yollarından birində miqrantlarla yeni faciə baş verib İtaliya mətbuatının İtaliya Sahil Mühafizəsindəki mənbələrə istinadən verdiyi məlumata görə, Maltadan təxminən 45-50 dəniz mili cənub-şərqində 60-dan çox qanunsuz miqrantı daşıyan gəmi bir gün əvvəl batıb Ərazidə olan balıqçı gəmisi dənizə düşən insanların köməyinə gəlib Maltanın daxili işlər və təhlükəsizlik naziri Qlenn Bedinqfild səhər saatlarında Amerikanın X şirkətinin sosial şəbəkəsində bildirib ki, Maltanın təxminən 50 dəniz mili şərqində 53 qeyri-qanuni miqrant xilas edilib, 11 ölü cəsədi tapılıb “Belə faciələrin yenidən baş verməsinin qarşısını almaq üçün Avropa səviyyəsində insan alverçilərinə qarşı daha güclü tədbirlərə, həmçinin Aralıq dənizi regionunda miqrasiya məsələlərinə koordinasiyalı yanaşmaya ehtiyac var”, - Bedinqfild bildirib Hadisə yerində olan türk balıqçıların kritik yardım göstərdiyi qeyd edilir. Faciə qurbanlarının sayının artmasının qarşısını alan və azı 48 nəfəri xilas edənlər də onlar olub Bundan əvvəl bildirilmişdi ki, aprel ayında İtaliya və Türkiyə sahillərində miqrantların olduğu qayıqlar qəzaya uğrayıb


