Azərbaycan XİN-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub (FOTO)
BAKI, Azərbaycan, 9 may. Müasir dövlətçiliyimizin banisi, Azərbaycanın təhlükəsizlik orqanlarının fəxri rəisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti onun əziz

BAKI, Azərbaycan, 9 may. Müasir dövlətçiliyimizin banisi, Azərbaycanın təhlükəsizlik orqanlarının fəxri rəisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti onun əziz xatirəsini dərin ehtiramla yad edib, ehtiramlarını bildiriblər. Trend Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb Mərasim DSX-nin akt zalında davam etdirilib, burada Ulu Öndərin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Tədbirdə çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik səmərəli fəaliyyətindən danışıb. Bildirdi ki, bu həyati əhəmiyyət kəsb edən qurumun “milliləşdirilməsi” və onun azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulması uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin bilavasitə nəticəsidir Ulu Öndərin siyasi kursunu məharətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Zəfərli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi uğurlar əldə etdiyini vurğulayan Xidmət rəisi dövlətimizin başçısının xüsusi diqqət və qayğısı nəticəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb General-polkovnik Əli Nağıyev şəxsi heyətin bundan sonra da dövlətçiliyimizin qorunması və milli təhlükəsizliyimizin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə layiqincə yerinə yetirəcəyini təsdiqləyib Tədbir xidmətdə fərqlənən DTX əməkdaşlarına yüksək dövlət mükafatlarının təqdim edilməsi ilə yekunlaşıb
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər (FOTO)

Mənzil və təhsillə yanaşı, məşğulluq məsələləri də həll olunur - Prezident İlham Əliyev
