Tenqri
Ana Sayfa
Dünya

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıra bilər - AÇIQLAMA

Zəngəzur dəhlizinin ölkəmizin yeni iqtisadi reallıqları və davamlı islahatları müstəvisində müəllifi olduğu meqaiqtisadi layihədir. Bununla yanaşı, bu layihəni reallaşmış olması, Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıra bilər Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ti

3 gün önce0 görüntülemeazertag.az
Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıra bilər - AÇIQLAMA
Paylaş:

Zəngəzur dəhlizinin ölkəmizin yeni iqtisadi reallıqları və davamlı islahatları müstəvisində müəllifi olduğu meqaiqtisadi layihədir. Bununla yanaşı, bu layihəni reallaşmış olması, Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıra bilər Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlamasında bildirib ki, məhz buna görə də bu layihənin zəruri mahiyyətini daha çox beynəlxalq miqyasına görə izah etmək olar “Daha doğrusu, Zəngəzur dəhlizi ölkəmizin və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının beynəlxalq iqtisadi münasibətlərin daha çevik iştirakçısı və hərəkətverici qüvvəsi olacağına əsaslar gətirmiş olacaq. Bu layihə ilk növbədə, ölkəmizin ərazisinin əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpasını təmin edərək regiondaxili nəqliyyat sistemini daha funksional hala gətirə bilər. Beləliklə, regionda nəqliyyat-kommunikasiya xətləri yenidən formalaşacaq və alternativ marşrutların yaranması ticarət dövriyyəsini genişləndirəcək Eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti xüsusilə də, 2025-ci ilin avqust ayında ABŞ, 2026-cı ilin yanvar ayında isə Davos görüşlərində Azərbaycan və ABŞ dövlət başçılarının görüşlərində də bir daha onun həm milli, həm də beynəlxalq mahiyyətli əhəmiyyətindən bəhs ediblər. Həmin proseslər, həmçinin Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirərək region ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirmiş olacaq. Bu isə siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə, həmçinin regional əməkdaşlıq mühitinin formalaşmasına töhfə verə bilər. Digər tərəfdən, yeni nəqliyyat marşrutlarının yaranması regionun beynəlxalq tranzit rolunu gücləndirərək Avropa ilə Asiya arasında alternativ logistika xəttinin formalaşmasına şərait yaradacaq”, - deyə C.Qasımov qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır