Yunanıstanda Polşa vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb
Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi-dəniz bazası yaxınlığında casusluqda şübhəli bilinən 58 yaşlı Polşa vətəndaşı saxlanılıb "Report" yerli KİV-ə istinadən xəbər verir ki, həmin şəxs cümə axşamı Xanya şəhərində həbs edilib Rəsmilərin məlumatına görə, şübhəli şəxs istefada olan Polşa hərbçi

Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi-dəniz bazası yaxınlığında casusluqda şübhəli bilinən 58 yaşlı Polşa vətəndaşı saxlanılıb "Report" yerli KİV-ə istinadən xəbər verir ki, həmin şəxs cümə axşamı Xanya şəhərində həbs edilib Rəsmilərin məlumatına görə, şübhəli şəxs istefada olan Polşa hərbçisidir. Bildirilib ki, o, bazanın yaxınlığındakı Marati çimərliyinin yanında dayanmış ağ furqonda yaşayıb. Avtomobilə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminalistlər tərəfindən araşdırılacaq noutbuk, yaddaş kartları və planşet aşkar ediblər Qeyd olunub ki, saxlanılan şəxsin mobil telefonunda bazada olan hərbi gəmilərin fotoşəkilləri tapılıb Müstəntiqlər hesab edirlər ki, fayllar Polşadakı bir şəxsə göndərilmiş ola bilər. Şübhəli şəxs özü bildirib ki, şəkilləri bacısına göndərib, çünki onun orduda xidmət edən əri gəmilərlə maraqlanır Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşının Yunanıstanda saxlanılmasını təsdiqləyib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir