Yaxın Şərqdə qalmış alman turistlərin demək olar ki, hamısı ölkəyə qaytarılıb
Almaniyanın turizm şirkətlərinin İrandakı müharibə ilə əlaqədar Yaxın Şərq bölgəsində qalan müştərilərinin bir neçə nəfəri istisna olmaqla demək olar ki, hamısı təhlükəsiz şəkildə ölkəyə gətirilib AZƏRTAC xəbər verir ki, Alman Səyahət Assosiasiyasının (DRV) məlumatında turizm şirkətlərinin DRV və A

Almaniyanın turizm şirkətlərinin İrandakı müharibə ilə əlaqədar Yaxın Şərq bölgəsində qalan müştərilərinin bir neçə nəfəri istisna olmaqla demək olar ki, hamısı təhlükəsiz şəkildə ölkəyə gətirilib AZƏRTAC xəbər verir ki, Alman Səyahət Assosiasiyasının (DRV) məlumatında turizm şirkətlərinin DRV və Almaniya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəraitində on minlərlə turisti həm adi reyslərlə, həm də xüsusi təşkil olunmuş uçuşlarla geri qaytardıqları bildirilib. Paket turları əvvəlcədən sığortalandığından turistlər geri qaytarılmaları üçün ödəniş etməyiblər Bu, təhlükəsizliyin səyahət sifarişləri zamanı getdikcə daha vacib meyara çevrildiyini göstərir. Statistikaya əsasən, təşkil olunmuş turizm fərdi səyahət bazarından daha sürətlə böyüyür. Bir çox müştəri şüurlu şəkildə etibarlı təkliflərə, turizm agentlikləri və tur-operatorların peşəkar xidmətinə və yaxşı təmin olunmuş paket turlara üstünlük verir DRV-nin sədri Albin Loydl bildirib ki, “Bu tədbirlər müştərilərin rifah və təhlükəsizliyinin turizm sektoru üçün həmişə prioritet olduğunu göstərir” Almaniya Xarici İşlər Nazirliyi də səyahət xəbərdarlıqlarının qüvvədə qaldığını, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar hava məkanının hər an bağlana biləcəyini açıqlayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır