Tenqri
Ana Sayfa
Dünya

Yaxın Şərqdə müharibə onkoloji preparatların tədarükünü təhlükə altına alır

Xəstəxanalarda dərman ehtiyatı bir neçə həftə ərzində tükənə bilər Yaxın Şərqdə davam edən müharibə Fars körfəzi ölkələrinə həyati əhəmiyyətli dərmanların tədarükünü pozur, xərçəng preparatları və soyuducu tələb edən digər medikamentlərin tədarükü yollarını təhlükə altına alır. Şirkətlər uçuşların

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Yaxın Şərqdə müharibə onkoloji preparatların tədarükünü təhlükə altına alır
Paylaş:

Xəstəxanalarda dərman ehtiyatı bir neçə həftə ərzində tükənə bilər Yaxın Şərqdə davam edən müharibə Fars körfəzi ölkələrinə həyati əhəmiyyətli dərmanların tədarükünü pozur, xərçəng preparatları və soyuducu tələb edən digər medikamentlərin tədarükü yollarını təhlükə altına alır. Şirkətlər uçuşların istiqamətini dəyişdirməyə və bölgəyə quru yolu ilə çıxış axtarmağa məcburdur AZƏRTAC xəbər verir ki, Qərb əczaçılıq şirkətlərinin rəhbərləri Fars körfəzi ölkələrinə dərmanların çatdırılması üçün alternativ yollar axtardıqlarını və bəzi preparatları Səudiyyə Ərəbistanının Ciddə və Ər-Riyad hava limanlarından quru yolu ilə daşımağı planlaşdırdıqlarını bildiriblər. “Reuters” agentliyinin məlumatına görə, İstanbul və Oman da digər variantlar kimi nəzərdən keçirilib Hələ ciddi çatışmazlıq əlamətləri az olsa da, münaqişə uzanarsa, vəziyyət dəyişə bilər. Körfəz ölkələri idxaldan çox asılıdır və bəzi dərmanların son istifadə tarixi qısadır, onlar ciddi soyuq saxlama şəraiti tələb edir ki, bu da uzaqməsafəli quru nəqliyyatını daha əlverişsiz hala gətirir Ötən həftə əczaçılıq və logistika sənayesindən 100-dən çox nümayəndə Fars körfəzindəki böhranı və onun təchizat zəncirlərinə, nəqliyyata təsirini müzakirə etmək üçün həyat elmləri logistika şirkəti olan “Pharma.Aero” tərəfindən təşkil edilən virtual konfransda iştirak edib Bəzi logistika təminatçıları sənayenin hazırda bu vəzifənin öhdəsindən gəldiyini iddia edirlər. Lakin Körfəz və Asiyada dərman ehtiyatları tükənir. Əczaçılıq rəhbərlərinin fikrincə, marşrutun dəyişdirilməsi daha uzun tranzit müddəti və nisbətən yüksək yanacaq xərcləri deməkdir ki, bu da nəqliyyat xərclərinin artmasına səbəb olacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır