Tenqri
Ana Sayfa
Dünya

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

Martın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib YAP-dan AZƏRTAC-a verilən məlumata görə, iclasın müzakirəsinə partiyanın 2025-ci il üzrə maliyyə hesabatı təqdim olunub Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mövcud qa

3 gün önce0 görüntülemeazertag.az
YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib
Paylaş:

Martın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib YAP-dan AZƏRTAC-a verilən məlumata görə, iclasın müzakirəsinə partiyanın 2025-ci il üzrə maliyyə hesabatı təqdim olunub Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mükəmməl səviyyədə hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb Sonra 2025-ci il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiqlənib Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub Yekunda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mütləq suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə mühüm uğurlara imza atmaqla milli gücünü və beynəlxalq nüfuzunu daha da artırdığını vurğulayıb. O, qarşıda duran hədəflərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək bu kontekstdə partiyanın Nizamnaməsindən və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil qaydada yerinə yetirilməsinin önəmini qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır