Tenqri
Ana Sayfa
Dünya

XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb

XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb 525.az xəbər verir ki, Gülüstan sarayında keçirilən tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak və çıxış edib Açılışdan sonra forum panel sessiyalarla öz işini davam etdirib Tədbirin ilk günündə "Qlobal təhlükəsizlik və güc bala

3 gün önce0 görüntüleme525.az
XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb
Paylaş:

XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb 525.az xəbər verir ki, Gülüstan sarayında keçirilən tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak və çıxış edib Açılışdan sonra forum panel sessiyalarla öz işini davam etdirib Tədbirin ilk günündə "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzularına həsr edilən üç panel baş tutub Panellərdə çıxış, müzakirə və sual-cavablardan sonra forumun ilk günü yekunlaşıb Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar Forum martın 14-dək davam edəcək