Üç övladı olan valideynləri sevindirəcək xəbər
Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir Publika.az xəbə

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir Publika.az xəbər verir ki, statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Eyni zamanda ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən indiki dövrdə uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir: “Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər” Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.( baku.ws) Məmurlar Xocavəndin Baş planı ilə tanış oldular 5 minə yaxın abonent qazsız qalacaq Sumqayıtda top mərmisi aşkar edildi - VİDEO Bu şəxslər 2 min manatadək cərimə ediləcək Bayram süfrəsi neçəyə başa gəlir? - Novruz yarmarkasından REPORTAJ Əkiz uşaq dünyaya gətirən 53 yaşlı qadının ölümü ilə bağlı rəsmi açıqlama İlham Əliyev bu qanunu təsdiqlədi Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik İlham Əliyev yeni qanun imzaladı Bella Torn "Oskar"da şok yaratdı: Çılpaq gələcəyini heç kim gözləmirdi - Foto İsrail Xameneinin təyyarəsini də məhv etdi İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər Üç övladı olan valideynləri sevindirəcək xəbər Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir