Tenqri
Ana Sayfa
Dünya

TÜRKPA-nın fəaliyyətdə olan sədri Qazaxıstanda referendum müşahidəçilərini qəbul edib

TÜRKPA-nın fəaliyyətdə olan sədri və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ölkənin yeni Konstitusiya layihəsi üzrə referendumun qısamüddətli monitorinqi çərçivəsində qəbul keçirib "Report"un məlumatına görə, o, Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumun qısamüddətli m

1 gün önce0 görüntülemereport.az
TÜRKPA-nın fəaliyyətdə olan sədri Qazaxıstanda referendum müşahidəçilərini qəbul edib
Paylaş:

TÜRKPA-nın fəaliyyətdə olan sədri və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ölkənin yeni Konstitusiya layihəsi üzrə referendumun qısamüddətli monitorinqi çərçivəsində qəbul keçirib "Report"un məlumatına görə, o, Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumun qısamüddətli monitorinqi çərçivəsində Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentəriləri, eləcə də parlament əməkdaşları və TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət Baş katib Ramil Həsənin və TÜRKPA hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı cənab Osman Mestenin rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət Beynəlxalq Referendum Müşahidə Missiyasını qəbul edib Nümayəndə heyətlərinin bu mühüm missiya üçün göndərdiklərinə görə üzv parlamentlərin sədrlərinə səmimi minnətdarlığını bildirən Koşanov iştirakçılara Qazaxıstanda həyata keçirilən islahatlar barədə məlumat verib. O, yeni Konstitusiya layihəsinin müddəalarının dövlət başçısı Kasım-Jomart Tokayevin prezidentliyi dövrünün əvvəlindən başladığı sistemli islahatların ardıcıl davamı olduğunu vurğulayıb TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten referendumun bütün beynəlxalq norma və standartlara uyğun keçiriləcəyinə əminliyini ifadə edərək TÜRKPA müşahidəçilərinin təşkilatın yarandığı gündən Türk dövlətlərində həyata keçirilən bütün seçki proseslərini mütəmadi olaraq izlədiyini qeyd edib. O, xüsusilə preambulanın dərin mahiyyətinə toxunaraq onun çoxəsrlik ortaq tarixi necə əks etdirdiyini vurğulayıb Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı və Qırğız Respublikası Joqorku Keneşinin üzvü Irısbek Atajanov həyata keçirilən islahatları dəstəklərini ifadə edərək Qazaxıstan dövlətçiliyinin və demokratik prinsiplərinin daha da möhkəmlənməsi istiqamətində uğurlar arzulayıblar Öz növbəsində, Baş katib Ramil Həsən Yerlan Koşanovun TÜRKPA-nın təşəbbüslərinin irəli aparılmasında mühüm rolunu qeyd edib. O, Sədrin hərtərəfli dəstəyinin təşkilatın fəaliyyətinin gücləndirilməsində və beynəlxalq əlaqələrin dərinləşməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Ramil Həsən, həmçinin yeni Konstitusiyada qədim türk sözü olan "qurultay" termininin qəbul edilməsinin parlament üçün dərin əhəmiyyətini vurğulayıb. O bunu bütün Türk dünyasının ortaq dəyərlərinin rəmzi kimi xarakterizə edib Görüş zamanı TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusu alması, eləcə də 16 aprel 2026-cı il tarixində İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbir barədə məlumat paylaşılıb. R.Həsən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə keçiriləcək TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü haqqında ətraflı məlumat verib. Öz növbəsində, Yerlan Koşanov bu tədbirdə iştirak etməkdən böyük məmnuniyyət duyacağını bildirərək iştirakına şifahi olaraq təsdiq verib Ramil Həsən çıxışını "Güclü Qazaxıstan – güclü Türk dünyası deməkdir" ifadəsi ilə tamamlayaraq Qazaxıstan parlamentinin yaradılmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və xüsusi hazırlanmış təbrik məktubunu təqdim edib TÜRKPA Beynəlxalq Katibliyini, həmçinin Baş katibin müavini Talqat Aduov, Komissiya katibi Aynurə Abutalibova və Təşkilati İnzibati məsələlər üzrə katib Ələsgər Ağayev təmsil edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir