Tenqri
Ana Sayfa
Dünya

Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi - VİDEO

Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu “Kim milyoner olmak ister?” verilişinə daha bir azərbaycanlı iştirakçı qatılıb Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yarışmaya təkərli oturacaqda qatılan Nail Əliyevin həyat hekayəsi izləyiciləri təsirləndirib O bildirib ki, 2008-ci

3 gün önce0 görüntülemepublika.az
Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi - VİDEO
Paylaş:

Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu “Kim milyoner olmak ister?” verilişinə daha bir azərbaycanlı iştirakçı qatılıb Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yarışmaya təkərli oturacaqda qatılan Nail Əliyevin həyat hekayəsi izləyiciləri təsirləndirib O bildirib ki, 2008-ci ildə ilk dəfə Türkiyəyə universitetdə oxumaq üçün gedib, lakin 2-ci kursda dostları ilə qəzaya düşüb: “Çanakkale 18 Mart Universitetinin 2-ci kursunda oxuyarkən avtomobil qəzası nəticəsində onurğa sümüyüm qırıldı və əlil oldum. Aşan avtomobilin içərisində tavanla oturacağın arasında sıxılı vəziyyətdə qaldım. Bu müddətdə universitet təhsilim yarıda qaldı, fizioterapiyalara başladım Həmin ərəfələr Azərbaycanda bacım məni ziyarətə gələndə həyat yoldaşımla tanış oldum, onun yanında gəlmişdi. O gündən sonra başlayan dostluğumuz evliliyə doğru getdi. Sonra universitet təhsilimi Azərbaycanda tamamlayıb Türkiyəyə qayıtdım Özəl universitetdə qrafik dizayner işlədim. Hazırda frilans olaraq çalışıram. Bir oğlum var. Oğlum dünyaya gəlməzdən əvvəl Hatayda zəlzələ olmuşdu. Biz də televiziyada ana-atasız uşaqları gördüyümüz zaman düşündük ki, dünyaya övlad gətirmək əvəzinə, həmin uşaqları övladlığa götürərək onlara yuva olaq Bu səbəbdən müraciət etdik. Bir neçə görüş təyin etdilər. Amma bildirdilər ki, əlil birinə övlad verilə bilməz. Özümü bu qərara hazırladıqdan sonra əlilliyimin rəsmi formada üzümə vurulması məni kədərləndirdi. Daha sonra öz övladım oldu. Həyat yoldaşım işlədiyi üçün həftənin 3 günü oğluma özüm baxıram. Mən yarım qalan həyatıma onunla davam edirəm, onunla çox şey öyrənib, onunla böyüyürəm” Daha ətraflı videoda: “Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib Məşhur şoumen bu xanımla evlənir - Foto "Sevgimə inandırmaq üçün ona ev aldım" - Müğənnidən etiraf Keyt Moss Merilin Monro obrazında - Foto 73 yaşlı məşhur evdən qovuldu: 100 min manat borcu var imiş - Foto Messiyə "Barselona"da bu vəzifə veriləcək Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi Bu universitetdə erməni dilində kurslar təşkil edildi Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama Mayda 14 gün qeyri-iş günü olacaq Milli Məclisin iclası başladı Ali Məhkəmədən mühüm qərar