Tenqri
Ana Sayfa
Dünya

Tramp İranla danışıqlara YOX dedi

ABŞ prezidenti Donald Tramp administrasiyası İranla müharibəni dayandırmaq məqsədilə başlamaq istənilən diplomatik danışıqlar təşəbbüslərini rədd edib Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb Məlumata görə, Yaxın Şərqdəki bəzi müttə

1 gün önce0 görüntülememodern.az
Tramp İranla danışıqlara YOX dedi
Paylaş:

ABŞ prezidenti Donald Tramp administrasiyası İranla müharibəni dayandırmaq məqsədilə başlamaq istənilən diplomatik danışıqlar təşəbbüslərini rədd edib Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb Məlumata görə, Yaxın Şərqdəki bəzi müttəfiq ölkələr ABŞ və İran arasında atəşkəs danışıqlarının başlanması üçün vasitəçilik etməyə çalışsalar da, Vaşinqton hazırda belə təşəbbüslərə maraq göstərmir. Ağ Evdən olan yüksək vəzifəli rəsmilərdən biri bildirib ki, Tramp administrasiyası hərbi əməliyyatları davam etdirmək və Tehranın hərbi imkanlarını daha da zəiflətmək niyyətindədir Digər tərəfdən, İran rəhbərliyi də ABŞ və İsrailin hava zərbələri dayandırılmayınca heç bir atəşkəs danışıqlarını qəbul etməyəcəyini açıqlayıb. Mənbələr bildirir ki, Oman və Misir münaqişənin dayandırılması üçün əlaqə kanalları açmağa çalışsa da, bu cəhdlər hələlik nəticə verməyib İki həftə əvvəl başlayan müharibə nəticəsində artıq 2000-dən çox insanın öldüyü bildirilir. Eyni zamanda İranın Strait of Hormuz boğazını bağlaması qlobal neft bazarında ciddi təchizat böhranı yaradıb və enerji qiymətlərinin sürətlə artmasına səbəb olub