Ötən ay Azərbaycanda internetin median sürəti artıb
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib Bu barədə AZƏRTAC-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib Yeni hesabata görə, Azərbaycanda sabit genişzo

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib Bu barədə AZƏRTAC-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,39 MB/s və ya 1,55 faiz, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50 faiz yüksəlib Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır