Tələbələr bədii cild sənətinin sirlərini öyrəniblər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma kitablarda bədii cild sənəti” mövzusunda mühazirə oxuyub. AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində keçirilən tədbirlər

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma kitablarda bədii cild sənəti” mövzusunda mühazirə oxuyub. AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində keçirilən tədbirlər çərçivəsində reallaşan seminara Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələri, o cümlədən “Könüllülük” layihəsinin iştirakçıları qatılıb Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda alim bədii cild sənətindən, institutda qorunub saxlanılan əlyazma kitablarının bərpası prosesindən, onların bədii tərtibatından danışıb, bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır