Tenqri
Ana Sayfa
Dünya

"Təhlükə yaratmayan, müxalif İran ABŞ-a sərf edir"

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə iki həftədir ki, davam edir. 12 günlük birinci əməliyyatlardan fərqli olaraq bu dəfə demək olar ki, bütün region müharibənin təsirlərinə məruz qalıb. İranın ABŞ-ın Yaxın Şərqdəki bazalarına endirdiyi zərbələr enerji infrasrtukturu ilə yanaşı, mülki oby

3 gün önce0 görüntüleme525.az
"Təhlükə yaratmayan, müxalif İran ABŞ-a sərf edir"
Paylaş:

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə iki həftədir ki, davam edir. 12 günlük birinci əməliyyatlardan fərqli olaraq bu dəfə demək olar ki, bütün region müharibənin təsirlərinə məruz qalıb. İranın ABŞ-ın Yaxın Şərqdəki bazalarına endirdiyi zərbələr enerji infrasrtukturu ilə yanaşı, mülki obyektlərə də ciddi zərər verib. Eyni zamanda, Yaxın Şərq neft və qazın hasilatı və ixracında həlledici rol oynadığı üçün böhran qlobal bazarlara, o cümlədən Avropaya təsirsiz ötüşmür. Müharibənin davam etməsi vəziyyəti daha da çətinləşdirir ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə bitəcəyini bildirsə də, konkret tarix açıqlamayıb. Tramp bəyan edib ki, İranda artıq hədəf alınacaq obyektlərin sayı demək olar ki, qalmayıb, zərbələr nəticəsində hərbi və strateji imkanları ciddi şəkildə zəiflədilib. İran artıq məğlubdur Bu arada İran ABŞ ilə danışıqlar prosesinin yenidən başlanması üçün bir sıra şərtlər irəli sürüb. Tehranın şərtləri arasında İslam Respublikasına qarşı hücumların dayandırılmasına dair zəmanət, dəymiş ziyana görə kompensasiya ödənilməsi və nüvə enerjisi obyektlərində yanacaq dövriyyəsinin tam təmin olunmasına dair razılıq verməsi tələbi var Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "525"ə müsahibəsində mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirib, ilkin olaraq isə ABŞ-ın bu müharibədə öz məqsədlərinə nə dərəcədə nail olmasına münasibət bildirib Məlumdur ki, ABŞ-ın və İsrailin bəyan olunmuş və bəyan olunmamış hədəfləri var. Təbii ki, qarşıya İranın hansısa ərazilərinin işğal edilməsi, yaxud İsrailə birləşdirilməsi kimi bir məqsəd qoyulmayıb. Əsas hədəf onunla bağlıdır ki, İsrail üçün nüvə və ballistik raket təhlükəsini aradan götürsün. Bunu siyasi yolla, danışıqlar vasitəsilə etmək istəyirdilər. Amma daha sonra ABŞ qərara gəldi ki, hərbi hücum həyata keçirsin. Çünki onların istehsalı mürəkkəb texnoloji bir prosesdir. Yəni bir zavodda bu silahları istehsal etmək mümkün deyil. Söhbət həm nüvə silahı, həm də ballistik raketlər üçün nəzərdə tutulan silahlardan gedir. Bu baxımdan deyə bilərik ki, artıq ABŞ və İsrail qeyd edilən məqsədlərə çatıblar Amma bəyan etmirlər, əsas məqsədlərdən biri də gələcəkdə İranın Çinlə müttəfiq olmasına yol verməməkdir. Çinin texnoloji, demoqrafik üstünlükləri var, lakin enerji və digər məhsullar baxımından ABŞ-la mərkəz kimi rəqabət aparmaq üçün neft istehsalı, digər təbii ehtiyatları yoxdur, onları başqa ölkələrdən alır. Yəni bu baxımdan o hədəflərə çatmaq hələ də mümkün deyil. ABŞ-ın bir hədəfi də budur ki, neft istehsalı və onun ixracı üçün elə bir maneələr yaratsın ki, gələcəkdə, ya da uzun bir müddət ərzində nə Avropa, - çünki Avropa da istər-istəməz siyasi və texnoloji baxımdan ABŞ-a rəqibdir - , nə Çin enerji ehtiyatlarına malik olsunlar. Ona görə də indiki vəziyyət qismən də olsa ABŞ-ı qane edir. Birincisi, yüksək texnoloji silahların istehsalı mümkün deyil, ikincisi, ixrac məsələsində təkcə İranın nefti deyil, həm də İraqın nefti, Körfəz ölkələrindən enerji ehtiyatlarının ixracı artıq problemə çevrilir. Bu vəziyyəti davam etdirmək üçün yarı məğlub olmuş İran onlara sərf edir. Yəni istər-istəməz İsrailə və ABŞ-a zərbə endirə bilməyən İran müqavimət göstərməklə belə bir şərait yaradır ki, böhran davam etsin, bu da neftin və maye qazın qiymətinin qalxmasına səbəb olur ki, nəticədə Çinin və Avropa İttifaqının ixracına ciddi bir zərbə dəyməklə problemlər yaranır. Onlar iqtisadi baxımdan Birləşmiş Ştatlar qarşısında texnoloji rəqib qismində ciddi şəkildə zəifləyəcəklər. Əgər bu məsələləri bir faktor kimi nəzərə alsaq, görəcəyik ki, indiki vəziyyətdə sanksiyalar altında qalan İran yarı məğlubdur, çünki quru ərazilərinə sahibdir, amma üzərində uçan təyyarələrə heç nə edə bilmir, öz əli ilə məsələnin ikinci hissəsini də həll edir, ixraca maneələr törədir. Bu baxımdan vəziyyəti belə təsvir etmək olar. Əminəm ki, yarı sülh, yarı qızğın müharibə şəraiti hələ də davam edəcək. Biz təxminən Suriya ssenarisinin İranda təkrarlanacağını görəcəyik, bunun artıq müəyyən elementləri özünü göstərir. İstər Suriya ssenarisi, istər İraq ssenarisi, istər Liviya ssenarisi, yəni stabil şəkildə idarəolunan ölkəyə hələ də nail olmaq mümkün deyil. Hesab edirəm ki, bu şəkildə vəziyyət davam edəcək Mediada İranın danışıqlara başlamaq üçün ABŞ qarşısında bir sıra şərtlər irəli sürdüyü barədə məlumatlar yer alıb. Bu şərtlərin reallaşması nə dərəcədə realdır? Ümumiyyətlə, əgər İran şərt irəli sürürsə, bu o deməkdir ki, müharibəni uduzmuş vəziyyətdə deyil? İranın məğlubiyyəti göz qabağındadır. Yəni ABŞ-ın hərbi hava qüvvələri göydən seçimlə məşğuldurlar, hansı hədəflərə zərbələrin endirilməsindən söhbət gedir. Burda şərtlər irəli sürmək hesab edirəm ki, mümkün deyil. Xüsusilə ona görə ki, əslinə qalsa, heç ABŞ-a rəqib olan neft ixrac edən ölkələr indiki mərhələdə o qədər də əhəmiyyət kəsb etmirlər. Çünki ABŞ özü neft ixrac edən ən böyük ölkədir. Rəqiblərini də elə İranın əli ilə sıradan çıxarır. Burada kimin kimə tələb irəli sürüb-sürməməsi o qədər də önəmli deyil. Yəni qeyri-stabil, dövlət funksiyalarının əksəriyyətini itirən İran demək olar ki, ABŞ-ı qane edir. Çünki bunun nəticəsində əsas rəqib Çin və Avropa İttifaqı, onların inkişafı ciddi şübhə altındadır. Neft olmayanda, Venesuela nefti olmayanda təbii ki, onların iqtisadiyyatı böhranla qarşılacaqdır. Vaxtilə Fransa prezidenti Emmanuel Makron Bayden administrasiyasının zamanında ABŞ-a səfər edərkən çox emosional şəkildə demişdir ki, necə ola bilir ki, sizdə maye qaz Fransadan dörd dəfə ucuz satılır. Siz bizim müttəfiqimiz ola-ola demək olar ki, bizim iqtisadiyyatımızı məhv edirsiniz Burda təhlil apararkən yenə də biz bəyan olunmamış hədəfləri və mövzuları çox açıq görməliyik. Gələcəyə aid hansı şərait yaradılacaqdır, o, artıq bu və ya digər şəkildə bəlli olur Bəs İranın gələcəyi necə olacaq? Tutaq ki, Tramp müharibəni dayandırdı, idarəçilik sistemində hansısa dəyişiklik, islahatlar mümkündür, yoxsa rejim olduğu kimi qalacaq? Əslinə qalsa, mənim yuxarıda dediyimə nəzər salsanız görəcəksiniz ki, təhlükə yaratmayan, amma müxalif mövqedə qalan İran ABŞ-a sərf edir, yəni bu şəraitdə İranla bağlı heç bir sanksiyanı aradan qaldıra bilməzlər, biz görürük ki, neftin ixracına ciddi manelər var. Bu manelər qalacaqdır. Ona görə də İranda hakimiyyəti dəyişmək nəyə lazımdır. Müqavimət adı ilə o bəyanatların arxasında nə dayandığını insanlar anlamalıdırlar. Nəyi müdafiə edirlər? Söhbət ondan gedir, indiki mərhələdə müharibə şəraiti, daha doğrusu, müharibə imitasiyası yaradan İran və onun rəhbərliyi hamıya sərf edir. Təbii ki, İran xalqından başqa Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bəyan etdi ki, ABŞ və İsrailin İrana qarşı müharibəsində yeganə qalib, qazanan tərəf Rusiyadır. Təbii ki, bu müharibə Ukrayna münaqişəsini arxa plana keçirdi. Sizcə, həqiqətən qazanan Rusiyadır? Bundan əvvəl deyilən məntiqə fikir versəniz, görəcəksiniz ki, bu və digər sanksiyalar tətbiq edilməklə, Rusiyanın da enerji daşıyıcılarının ixracı demək olar ki, nəzarət altındadır. Yəni əslində Birləşmiş Ştatların və Tramp administrasiyasının məqsədi enerji daşıyıcılarını istər Rusiyada, istər Venesuelada, istər İraqda, Liviyada, indi isə İranda öz nəzarətinin altında saxlamaqdır. Eyni zamanda, bu, onlara imkan yaradır ki, ABŞ dolları hələ də dünyada ən güclü pul vəsaiti kimi dövriyyədə qalsın. Çünki neftlə bağlı alqı-satqının hamısı dollarla aparılır. Bu baxımdan Rusiya qismən qazanacaqdır. Avropa İttifaqı məcbur olacaq ki, daha yüksək qiymətlərlə nefti və qazı Rusiyadan alsın, elan olunmuş sanksiyalardan bu və ya digər şəkildə imtina eləsin. Açıq, yaxud da gizli şəkildə. Bu baxımdan mənzərə çox aydındır Tofiq müəllim, bu il ABŞ-da qanunverici orqana seçkilər keçiriləcək. Trampın bu müharibədən necə çıxması, ümumiyyətlə müharibə amilinin seçkilərə hansısa təsiri ola bilər? ABŞ-da seçkilər mövcud strategiyanı dəyişə bilməz. Çünki istər-istəməz hakimiyyətə gələn qüvvə, istər trampçılar olsun, istər ona müxalif olan qüvvələr olsun, onlar məcburdurlar ki, ABŞ-ın maraqlarını müdafiə etsinlər. Ona görə də gözləmək ki, bəs gəlsələr, imtina edəcəklər, bu, belə deyil. Onların Çin ilə rəqabəti sona çatacaq? Təbii ki, yox, ya da Avropanı daim nəzarət altında saxlamaq istəyi artıq olmayacaq, təbii ki, yox. ABŞ-ın dominatlığı, iqtisadi-siyasi, texnoloji və s. sahələrdə üstünlüyü istənilən administrasiya üçün əsas hədəf kimi qalacaq