Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu
Sumqayıt şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib Publika.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhər ictimaiyy

Sumqayıt şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib Publika.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İftar süfrəsi öncəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, bu Zəfərin əldə edilməsində şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqlardan bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, mənzil təminatı, sosial müdafiə və digər dəstək tədbirləri şəhid ailələri və qazilər tərəfindən yüksək qiymətləndirilir. Tədbirdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və tolerantlıq mühiti mövcuddur və bu model beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Çıxışlarda vurğulanıb ki, insanları xeyirxahlığa, mərhəmətə, paylaşmağa və birlik ruhuna səsləyən müqəddəs Ramazan ayı islam dünyasında xüsusi mənəvi dəyərə malikdir. Qeyd olunub ki, insanları xeyirxahlığa, həmrəyliyə və qarşılıqlı dəstəyə səsləyən müqəddəs Ramazan ayı dünya müsəlmanları üçün ən dəyərli və müqəddəs aylardan biridir. Ramazan günlərində iftar süfrələrinin təşkil edilməsi isə cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etməklə yanaşı, ölkəmizdə dövlətlə din arasında mövcud olan sağlam münasibətlərin və ortaq dəyərlər naminə formalaşmış sıx birliyin bariz nümunəsidir Alıcı üçün potensial təhlükə: Ucuz evin böyük dərdi Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək Uşaqlar, oyunlar və risklər - Kimlər və necə qorumalıdır? Suraxanı rayonunda iftar süfrəsi açıldı Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışdadır Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var? Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu Xanobaya ilk köç yola salındı Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var? SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı Gürcüstan millisində görünməmiş fırıldaq