Səməd Vurğunun çox nadir FOTOSU yayıldı
Tarixçi alim, professor Cəmil Həsənli sosial mediadamərhum Xalq şairi Səməd Vurğunun "çox nadir" adlandırdığı fotosunu paylaşıb. Modern.az-ın məlumatına görə, C.Həsənli fotonu belə şərh edib: "Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır. Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun. Bu şə

Tarixçi alim, professor Cəmil Həsənli sosial mediadamərhum Xalq şairi Səməd Vurğunun "çox nadir" adlandırdığı fotosunu paylaşıb. Modern.az-ın məlumatına görə, C.Həsənli fotonu belə şərh edib: "Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır. Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun. Bu şəkli mən haradasa 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə etmişdim Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi Qurultay uzun çəkmişdi. Mixail Şploxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır"