"Sıfır kilometr": Niyə müharibələr baş verir? - Kinoseans
İraqlı kinorejissor Heyner Səlimin 2005-ci ildə ekranlara çıxan "Sıfır kilometr" filmi Kann kinofestivalında iştirak edən ilk İraq filmidir. Tragikomediya janrında çəkilmiş filmdə hadisələr 1988-ci illərdə İran-İraq müharibəsinin son günlərində baş verir. Qəhrəmanlardan biri, millliyətcə kürd olan A

İraqlı kinorejissor Heyner Səlimin 2005-ci ildə ekranlara çıxan "Sıfır kilometr" filmi Kann kinofestivalında iştirak edən ilk İraq filmidir. Tragikomediya janrında çəkilmiş filmdə hadisələr 1988-ci illərdə İran-İraq müharibəsinin son günlərində baş verir. Qəhrəmanlardan biri, millliyətcə kürd olan Ako (Nazmi Kırık) ölkəni tərk etmək istəsə də, arvadı Selma (Belçim Bilgin) onun təklifi ilə razılaşmır. Çünki qadın əlil atasını tək qoymaq istəmir. Ako tezliklə orduya çağırılır, burda müharibənin sərt reallığı ilə üz-üzə gəlir və onun ölkədən getmək istəyi daha da güclənir. Burda Akoya ölmüş əsgər yoldaşının tabutunu qohumlarına çatdırmaq tapşırılır. O, kürdləri sevməyən ərəb sürücüsü (Eyyam Ekrem) ilə yol yoldaşı olur "Sıfır kilometr" ekran əsəri müasir kinoda müharibə haqda çəkilmiş təsirli filmlərdən biridir. Rejissor "niyə müharibələr baş verir", "onun mənası nədir" kimi klassik suallar qoyur, böyük siyasi oyunların, hakimiyyət ehtiraslarının girovlarına çevrilən kiçik insanlar, fərdin ekzistensializmini təsvir edir Gözlənilməz vəziyyət və reaksiyalarla əhvalat absurdlaşdırılır və müəllif bunu təkcə dialoqlarda yox, vizualda da göstərir. Atışma zamanı Ako səngərdən ayağını yuxarı qaldırır ki, yaralansın və onun evə dönməyə bəhanəsi olsun. Bu tragikomik situasiya fərdin çarəsizliyinin, gücsüzlüyünün ifadəsi kimi ortaya çıxır Rejissor məzmunun, təsvirin təsir gücünü artıran təkrar kadrlardan yararlanır. Misalçün, film boyu iri yük maşını Səddam Hüseynin əlini irəli uzadan nəhəng heykəlini daşıyır. Heykəlin daşınması, süjetin əsas xəttinin fonunda görünür, kadra sanki təsadüfdən-təsadüfə, bir növ karikatura intonasiyasında kadra girir. Səhnələrin bir qismində əsasən arxa planda Səddam Hüseynin ya heykəlciklərinin, ya portretlərinin göstərməsi ilə ölkədəki sərt rejimə eyham vurulur. Və beləcə, filmboyu müəllif ən ciddi məsələlərə sarkastik etirazla münasibətini bildirir Müsahibələrin birində rejissor deyir: "Vacib bir şey haqda danışmaq üçün yumordan istifadə edirəm. Mənə bu halda absurd, forma lazımdır ki, fikrimi ifadə edim. Çünki yumorun köməyilə, insanların qəbul edə bilmədiyi məsələlərdən danışa bilirsən. Fikirləşirəm ki, çox əzab çəkən insanlar, bir növ var ola bilməyin yolunu tapırlar. Və bu yol yumordur. Həmişə kinoda ümid, yumor, ümidsizlik və faciə arasında qarşılıqlı əlaqə tapıram" 1981-ci ildə Səddam Hüseyn rejimindən İtaliyaya qaçan Heyner Səlim hazırda Fransada yaşayır https://www.dailymotion.com/video/x8mbzsr https://www.youtube.com/watch?v=CnfScOVpyDE https://m.ok.ru/video/