Tenqri
Ana Sayfa
Dünya

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir

Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklər davam edir. İqtisadiyyat zəifləyir, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır AZƏRTAC xəbər verir ki, bu fikirləri Seneqalın sabiq Prezidenti, Afrika İttifaqının

3 gün önce0 görüntülemeazertag.az
Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir
Paylaş:

Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklər davam edir. İqtisadiyyat zəifləyir, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır AZƏRTAC xəbər verir ki, bu fikirləri Seneqalın sabiq Prezidenti, Afrika İttifaqının sabiq sədri Maki Sall XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda panel iclasında səsləndirib Maki Sall bildirib ki, böhranların qarşısının alınması mexanizmlərinin gücləndirilməsi, sülhməramlı əməliyyatların daha səmərəli təşkili və BMT ilə regional təşkilatlar arasında koordinasiyanın artırılması vacibdir. Eyni zamanda, inkişaf sahəsində əməkdaşlıq da yeni yanaşmalar tələb edir Sabiq dövlət başçısı çoxtərəfliliyin yenidən canlandırılmasının da əsas prioritetlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, dialoq, dinləmə və kompromisə əsaslanan diplomatiya yalnız yenilənmiş və inklüziv çoxtərəfli sistem çərçivəsində inkişaf edə bilər. Bu baxımdan, BMT-də islahat və onun fəaliyyətinin daha səmərəli təşkili böyük əhəmiyyət daşıyır Maki Sall onu da əlavə edib ki, çoxtərəfli əməkdaşlıq sistemində insanların maraqları yenidən mərkəzə qoyulmalıdır. Bərabərsizliyin azaldılması, qadınların səlahiyyətləndirilməsi və gənclərə yönələn investisiyaların artırılması beynəlxalq gündəliyin əsas prioritetlərindən olmalıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır