Tenqri
Ana Sayfa
Bilim

“Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” - beynəlxalq konfrans

Martın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbir Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, general-mayor, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy A

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
“Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” - beynəlxalq konfrans
Paylaş:

Martın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbir Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, general-mayor, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr edilib AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda 13 ölkədən alimlər iştirak edirlər Əvvəlcə tədbir iştirakçıları görkəmli şərqşünas alimin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli və Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi sərginin Sadıq bəy Ağabəyzadənin parlaq bioqrafiyasını dolğun əks etdirdiyini bildiriblər. Qeyd olunub ki, Elmi irs şöbəsi Sadıq bəy Ağazadəyə dair Azərbaycan və Polşa arxivlərində qorunan bütün sənədlərin surətlərini bir mərkəzdə toplayaraq onun vahid fondunu yaradıb Beynəlxalq konfransın açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sadıq bəy Ağabəyzadənin ömür yolu Rusiya, Ukrayna, Türkiyə, Türkmənistan və Polşa kimi ölkələrlə bağlı olub. Harada yaşamasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb Sonra çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Sadıq bəy Ağabəyzadənin mürəkkəb və keşməkeşli ömür yoluna nəzər salıb. Qeyd edib ki, Sadıq bəy Ağabəyzadə Türkiyəyə mühacirət edilib, orada əmisi oğlu Əli bəy Hüseynzadənin evində yaşayıb. 1921-ci ilin əvvəllərində Parisə köçüb və iki il Sorbon şəhərində fars və türk dillərini tədris edib. 1927-ci ildən Lvov şəhərində məskunlaşıb, universitetdə şərq dillərindən dərs deyib, eyni zamanda, polyak və Ukrayna dillərini öyrənib. Sadıq bəy Ağabəyzadənin həyatının əhəmiyyətli bir hissəsi Polşada keçib. O, Polşa şərqşünaslıq elmində zəngin iz qoyub, Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət qazanıb Sadıq bəy Ağabəyzadə müəyyən müddət Türkmənistanda fəaliyyət göstərib. “Türkmən ləhcəsi” dərsliyini nəşr etdirib, bu kitab rus məmurlarının türkmən dilini öyrənməsi baxımından mühüm vəsait olub Daha sonra Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska “Elmi ənənələrin varisliyi – Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski” mövzusunda məruzə edib Azərbaycanın Bosniya və Herseqovinada səfiri filologiya elmləri doktoru Vilayət Quliyev “Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı” adlı videoçıxışında Sadıq bəyin Lvovdakı sahibsiz məzarının aşkar edilməsi və təmiri ilə bağlı məlumatları bölüşüb Tədbirdə Berlin Humboldt Universitetinin professoru Yeva-Mariya Aux “Azərbaycan tarixinin öyrənilməsi Almaniya şərqşünaslığının bir hissəsi kimi”, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi “Məktublarda yaşanan həyat səhifələri. Əli bəy Hüseynzadəyə ünvanlanmış məktublar əsasında. 1921–1939-cu illər” adlı məruzələrlə çıxış ediblər Konfrans “Şərqşünaslıq – siyasi və elmi fəaliyyət sahəsi kimi: görkəmli şərqşünas alimlər və xadimlər”, “Sadiq bəy Ağabəyzadə siyasi-hərbi xadim və şərqşünas alim kimi”, “Orientalizm və oksidentalizm şərqşünaslığın aktual problemləri siyasi problemlər kontekstində: Şərq və Qərb”, “Şərq dilləri və ədəbiyyatı”, “Din və fəlsəfə”, “Türkologiya. I Türkoloji Qurultay” və “Şərqşünaslıq elminin obyekti – Şərq xalqlarının tarixi, siyasi, ictimai və mədəni həyatı. Mənbəşünaslıq” adlı panel iclasları ilə davam edib Beynəlxalq konfransın işinə martın 17-də yekun vurulacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır