"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
Misli Premyer Liqasında 24-cü tur davam edir 525.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquz

Misli Premyer Liqasında 24-cü tur davam edir 525.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Ağdam klubu 52 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları 1:1 hesablı heç-heçə ilə yekunlaşıb 19:15. “Zirə” - “Qarabağ” - 1:3 Qollar: Joni Montiel, 22 (0:1), Kamilo Duran, 55 (0:2), Ceyhun Nuriyev, 70 (1:2), Kadi Borqes, 72 (1:3) Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli VAR: Nicat İsmayıllı AVAR: Emin Əliyev Zirə İdman Kompleksinin stadionu 15:00. “İmişli” - “Sabah” - 0:5 Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5) Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov VAR: Əliyar Ağayev AVAR: Zöhrab Abbasov Quba OİK stadionu 15:00. “Kəpəz” - “Turan Tovuz” 18:00. “Qəbələ” - “Neftçi” “Sumqayıt” - “Şamaxı” - 0:1 “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1