Rusiyada 7 nəfər dəm qazından boğulub
Penza vilayətində, Zareçnı kəndində 2 mərtəbəli, 8 mənzilli yaşayış evində faciə yaşanıb 525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gecə mənzillərdən 4-ə dəm qazı dolması üzündən 7 nəfər ölüb Penza vilayətinin qubernatoru Oleq Melniçenkonun verdiyi açıqlamaya görə, ilkin versiya kimi fa

Penza vilayətində, Zareçnı kəndində 2 mərtəbəli, 8 mənzilli yaşayış evində faciə yaşanıb 525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gecə mənzillərdən 4-ə dəm qazı dolması üzündən 7 nəfər ölüb Penza vilayətinin qubernatoru Oleq Melniçenkonun verdiyi açıqlamaya görə, ilkin versiya kimi faciəyə bacanın tutulması səbəb olub. Hər halda araşdırmalar davam etdirilir Qeyd edək ki, bənzər hadisə ötən ay Dağıstanın Paraul kəndindəki uşaq bağçasında da yaşanmışdı. Doğrudur, həmin vaxt ölən olmasa da, 10 uşaq dəm qazından boğulma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi