Rəsmi Daşkənd: Heç kim narahat olmasın, TDT-də hərbi-texniki əməkdaşlıq təbii prosesdir
Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik APA xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib Kamilov bildirib ki, TDT-yə üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq olsa da, bu

Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik APA xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib Kamilov bildirib ki, TDT-yə üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq olsa da, bu təşkilat hərbi-siyasi blok kimi fəaliyyət göstərmir "Hərbi sahədə əməkdaşlıq edirik, texnologiya mübadiləsi aparırıq, lakin bu təşkilat hərbi-siyasi blok deyil. Bu aydınlaşdırılmalıdır ki, heç kimdə narahatlıq yaranmasın”, — Kamilov qeyd edib O əlavə edib ki, ölkələr arasında bu əməkdaşlıq təbii bir prosesdir: “Ölkələr hərbi texnologiya sahəsində əməkdaşlıq edir, hərbi-texniki təcrübə mübadiləsi aparır və digər sahələrdə təcrübə paylaşır” Müşavir vurğulayıb ki, təşkilatın əsas məqsədi mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və elmi-texniki sahədə əməkdaşlıqdır "Təbii ki, hərbi-texniki sahədə əməkdaşlıq da mümkündür, amma bu heç də təşkilatın hər hansı siyasi bloka çevriləcəyi anlamına gəlmir", - o vurğulayıb