Tenqri
Ana Sayfa
Dünya

Rəşad Nəbiyev: "Sərt tənzimləmə innovasiyaları məhv edə bilər"

Azərbaycan rəqəmsal gələcək istiqamətində qlobal təcrübəni araşdırır və ölkədə həyata keçirməyə səy göstərir "Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innov

1 gün önce0 görüntülemereport.az
Rəşad Nəbiyev: "Sərt tənzimləmə innovasiyaları məhv edə bilər"
Paylaş:

Azərbaycan rəqəmsal gələcək istiqamətində qlobal təcrübəni araşdırır və ölkədə həyata keçirməyə səy göstərir "Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel sessiyasında bildirib R. Nəbiyevin sözlərinə görə, ölkədə beynəlxalq praktikalar nəzərə alınaraq müəyyən istiqamətlər həyata keçirilir: "Məsələn, səhiyyə, təhsil kimi sahələrdə, eləcə də dövlət strukturlarının fəaliyyətində tətbiq edilən konkret layihələr var. Bu layihələr ilk mərhələdə müəyyən istiqamətlərdə sınaqdan keçirilir və müsbət nəticə göstərdiyi təqdirdə, geniş miqyasda istifadəyə verilir" Nazirin fikrincə, Azərbaycan eyni zamanda öz toplanmış təcrübəsinə söykənərək perspektiv imkanlar formalaşdırmağa çalışır: "Bu, innovasiyalar qarşısında meydana çıxan problemlərin aradan qaldırılması üçün şərait yaradır" R. Nəbiyev onu da qeyd edib ki, innovasiyalar sahəsində həddindən artıq sərt tənzimləmə tətbiq olunduğu halda, onu məhv etmək təhlükəsi yarana bilər: "Əgər çox ləngisək, qlobal səviyyədə nəzarəti həyata keçirmək imkanını itirmək riski ilə qarşılaşa bilərik. Məhz buna görə əsas məsələ idarəetmədə optimal tarazlıq nöqtəsinin müəyyənləşdirilməsidir. Bir tərəfdən innovasiyanı məhdudlaşdırmamaq, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və bütövlükdə insanları müdafiə etmək üçün yetərincə möhkəm qaydaların formalaşdırılması zəruridir" Nazir hesab edir ki, idarəetmə prosesinin mərhələli qaydada reallaşdırılması mümkündür: "Azərbaycanda bu uyğunlaşdırmanı həyata keçirmək istiqamətində iş aparılır. Bu sahədə müxtəlif tələblər araşdırılır. Qanunvericilikdə və tənzimləyici çərçivədə mütəmadi olaraq dəyişikliklər edilir, illər boyu rəqəmsal strategiyanın və kiber inkişaf strategiyasının uyğunlaşdırılması üzərində çalışılıb. Toplanmış təcrübəyə əsaslanaraq yaxın vaxtlarda həmin baxış yenilənib və yeni sənəd qəbul olunub. Bu sənəd əvvəlki dövrlərdə yol verilmiş nöqsanları nəzərə alaraq gələcəyə doğru yeni imkanlar açır. Hökumət mövcud problemlər barəsində ətraflı məlumata malikdir və hədəflərlə məqsədlərin uyğunlaşdırılmasına çalışır. Bu yanaşma müəyyən maneələrin, xüsusilə innovasiyanın qarşısında dayanan əngəllərin aradan qaldırılmasına şərait yaradır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir