Qlobal Bakı Forumunda COP-larla bağlı müzakirə: Qərarların icrası gecikir
XIII Qlobal Bakı Forumu çərçivəsində "COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel sessiya baş tutub "Report"un məlumatına görə, paneldə çıxış edən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31 Prezidenti Murat Kurum ölkəsində keçiriləcək bu COP-da artıq qərarların tətbiqi ü

XIII Qlobal Bakı Forumu çərçivəsində "COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel sessiya baş tutub "Report"un məlumatına görə, paneldə çıxış edən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31 Prezidenti Murat Kurum ölkəsində keçiriləcək bu COP-da artıq qərarların tətbiqi üçün hərəkətə keçiləcəyini bildirib "Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə önəmli addımlar atıb. İndiyədək əldə etdiyimiz təcrübələri COP31-də bölüşməyə çalışacağıq. Bu COP çərçivəsində Avstraliya ilə birgə əməkdaşlıq tədbirləri davam edir" O, Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini vurğulayıb Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev öz növbəsində indiyədək keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfranslarında (COP) qəbul edilən qərarların icrasının sual altında olduğunu diqqətə çatdırıb COP29 Prezidenti hesab edir ki, qlobal hadisələr fonunda İqlim maliyyəsi arxa planda qalıb COP22-nin prezidenti, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Səlahəddin Mezouar bildirib ki, COP-larla bağlı müəyyən çağırışlar edilsə də, əsas məqsəd qəbul edilən qərarların icrası olmalıdır Misirin sabiq xarici işlər naziri, COP27-nin prezidenti Sameh Şükri qeyd edib ki, iqlim maliyyəşməsinin artırılması effektiv prosesdir "Dünya etiraf edir ki, bu öhdəliklərin icrasında müəyyən çatışmazlıqlar var. Yeni yollar tapmalıyıq. Məsələn, özəl sektoru bu sahəyə cəlb edə bilərik. Qərarların icrası vacib məqamdır. Hazırda qlobal Cənub və Şimal arasında parçalanma var. Çalışırıq ki, iqlim dəyişmələri ilə bağlı ümumi qərara gələ bilək" Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov qeyd edib ki, dünyada davam edən iki müharibə nəticəsində əhali əziyyət çəkir: "İdarəçilikdə sadələşdirmə prinsipini qoruyub saxlamalıyıq. Populizm bu işlərə zərər vurur. Başa düşməliyik ki, bu, milyonlarla insanın maraqlarına, inkişafına ziddir. Bu, qlobal problemlərə, iqlim dəyişmələrinə səbəb olur. Orta güclər öz bölgələrində təsirlərə malikdir. Çoxtərəfliliklə əlaqədar orta güclərin dəstəyi vacibdir. Orta güclərlə ayrı-ayrı istiqamətlərdə faydalı sazişlər əldə edə bilərik" "Vital Voices Global Partnership" təşkilatında İqlim Ədaləti Proqramının rəhbəri, "Women in Africa Initiative" təşkilatının prezidenti Hafsat Abiola qadınların iqlim çağırışları ilə bağlı prosesdə geniş iştirakını təmin etməyə çağırıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir