Tenqri
Ana Sayfa
Siyaset

Qlobal Bakı Forumunda "2030 Gündəliyinin sürətləndirilməsi" mövzusunda panel müzakirəsi keçirilib

Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı" mövzusunda panel müzakirəsi keçirilib "Report" xəbər verir ki, iştirakçılar dayanıqlı inkişaf məqsədlərinə nail olmağın əsas şərtlərini, o cümlədən insan kapitalına investisiyalar

2 gün önce0 görüntülemereport.az
Qlobal Bakı Forumunda "2030 Gündəliyinin sürətləndirilməsi" mövzusunda panel müzakirəsi keçirilib
Paylaş:

Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı" mövzusunda panel müzakirəsi keçirilib "Report" xəbər verir ki, iştirakçılar dayanıqlı inkişaf məqsədlərinə nail olmağın əsas şərtlərini, o cümlədən insan kapitalına investisiyaların, makroiqtisadi sabitliyin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini müzakirə ediblər Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya Al-Maşat Raniya Əl-Maşat vurğulayıb ki, makroiqtisadi sabitlik olmadan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi qeyri-mümkündür "Bu, inkişafın bütün istiqamətlərinin təşviqi üçün zəruri şərtdir. İnvestisiyaların və özəl kapitalın cəlb edilməsinə töhfə verən ardıcıl islahatlar sayəsində səmərəliliyə nail olunur", - o qeyd edib Onun sözlərinə görə, bu cür tədbirlər inkişaf etməkdə olan ölkələrə yoxsulluq və aclıqla daha səmərəli mübarizə aparmağa, səhiyyə sahəsinə investisiyaları artırmağa və BMT-nin müəyyən etdiyi məqsədlərə çatmaq üçün beynəlxalq tərəfdaşlıqları gücləndirməyə imkan verəcək Bosniya və Herseqovinanın BMT yanındakı daimi nümayəndəsi və ölkənin sabiq baş naziri Zlatko Laqumciya dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində irəliləyişin qiymətləndirilməsi üçün səmərəli mexanizmin yaradılmasının zəruri olduğunu bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir