"Qisasımız amansız olacaq!" – Əraqçidən bank hücumu ilə bağlı şok bəyanat
İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki hesabında ölkənin milli infrastrukturuna, xüsusilə də ən qədim bankın filialına endirilən hava zərbəsi ilə bağlı sərt bəyanat yayıb Musavat.com xəbər verir ki, nazir bu hücumu "cinayət" adlandıraraq, İran Silahlı Qüvvələrinin mütləq
İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki hesabında ölkənin milli infrastrukturuna, xüsusilə də ən qədim bankın filialına endirilən hava zərbəsi ilə bağlı sərt bəyanat yayıb Musavat.com xəbər verir ki, nazir bu hücumu "cinayət" adlandıraraq, İran Silahlı Qüvvələrinin mütləq qisas alacağını bildirib. Əraqçi qeyd edib ki, hücum hədəfi olan bank filialı həmin vaxt işçilərlə dolu olub və onlar İranın Yeni ili (Novruz bayramı) ərəfəsində vətəndaşların ərzaq təminatını və maaşlarını çatdırmaq üçün fədakarlıqla çalışırdılar İran rəsmiləri bank filialının vurulmasını dinc sakinlərə qarşı yönəlmiş birbaşa təcavüz kimi qiymətləndirirlər. Nazirin sözlərinə görə, bank əməkdaşlarının bayramqabağı fəaliyyəti hədəf alınmaqla xalqın sosial rifahına zərbə vurulub Əraqçi İranın "qüdrətli silahlı qüvvələrinin" bu hücuma cavab vermək üçün artıq hazırlıq gördüyünü vurğulayıb. Bu bəyanat İranın regiondakı ABŞ və İsrailə məxsus iqtisadi və bank mərkəzlərini hədəf alacağı barədə "Xatəm əl-Ənbiya" qərargahının xəbərdarlığı ilə üst-üstə düşür Ekspertlər hesab edirlər ki, bank infrastrukturunun vurulması müharibənin yeni — "iqtisadi sabotaj" mərhələsinə keçdiyini göstərir. İranın bu addıma cavab olaraq regiondakı qlobal maliyyə mərkəzlərinə kiberhücumlar və ya raket zərbələri endirə biləcəyi ehtimalı beynəlxalq bazarlarda ciddi narahatlıq yaradıb Xatırladaq ki, bundan əvvəl İsrail Müdafiə Ordusu (ÇAXAL) həm İran daxilindəki hərbi strukturlara, həm də Beyrutdakı maliyyə mərkəzlərinə qarşı genişmiqyaslı hücum dalğasına başladığını elan etmişdi. Əraqçinin bu çıxışı Tehranın artıq "strateji təmkin" siyasətindən tamamilə uzaqlaşdığını nümayiş etdirir