Tenqri
Ana Sayfa
Dünya

Qazaxıstanın IQAA agentliyinin əməkdaşları BDU-nun yenilənmiş infrastrukturu ilə tanış olublar

Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası çərçivəsində Akkreditasiya komissiyalarının sahə ezamiyyəti davam edir BDU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspertlər ak

2 gün önce0 görüntülemeazertag.az
Qazaxıstanın IQAA agentliyinin əməkdaşları BDU-nun yenilənmiş infrastrukturu ilə tanış olublar
Paylaş:

Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası çərçivəsində Akkreditasiya komissiyalarının sahə ezamiyyəti davam edir BDU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspertlər akkreditasiya prosedurlarına uyğun olaraq magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı üzrə universitetdə tədris və idarəetmə proseslərini yerində qiymətləndirir. Sahə səfərinin ikinci günü çərçivəsində ekspertlər universitetin yeni yaradılmış laboratoriyaları və yenilənmiş infrastrukturu ilə tanış olub, elmi-tədqiqat və tədris imkanlarını yerində qiymətləndiriblər. Proseslərdə müşahidəçi qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri də iştirak edirlər Beynəlxalq ekspertlər BDU-nun akademik və inzibati heyəti ilə bir sıra görüşlər keçirir, universitetin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olurlar. Ekspertlər tələbələr, məzunlar və işəgötürənlərin nümayəndələri ilə müzakirələr apararaq, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu, tədris prosesinin səmərəliliyi və tələbəyönümlü təhsil mühitinin təmin edilməsi məsələlərini qiymətləndirirlər. Onlar, həmçinin təhsil proqramlarının kurikulumları, təlim və tədris metodları, tələbələrin qiymətləndirilməsi mexanizmləri, elmi-tədqiqat fəaliyyəti və universitetin daxili keyfiyyət təminatı sisteminin tətbiqi ilə bağlı sənədləri nəzərdən keçirirlər Sahə səfərinin yekun mərhələsində ekspertlər tərəfindən ilkin müşahidələr və tövsiyələr təqdim olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır