Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəlib
"Report"un məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib Bakıdakı "Liv Bona Dea Arena"da reallaşan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1 37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqların h

"Report"un məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib Bakıdakı "Liv Bona Dea Arena"da reallaşan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1 37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqların heyətində isə Kayl Spens 51-ci dəqiqədə fərqlənib Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir