Polşalı alimlər Şərqşünaslıq İnstitutunun tədqiqatları barədə məlumatlandırılıb
Polşanın Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı professor Aqata Bereja Starjinska və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova martın 16-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Polşanın Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı professor Aqata Bereja Starjinska və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova martın 16-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə keçirilən görüşdə polşalı alimlər Varşava Universitetinin fəaliyyəti və Azərbaycan Araşdırmaları Mərkəzində görülən işlər barədə məlumat veriblər. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar və institutun beynəlxalq əlaqələri barədə danışıb Görüşdə Varşava Universiteti ilə Şərqşünaslıq İnstitutu arasında da elmi əlaqələrin qurulmasının labüdlüyündən söz açılıb və əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflərin qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi tədbirlərin təşkili, elmi ədəbiyyat mübadiləsi, elmi jurnallarda məqalələrin dərci və s. imkanlar nəzərdən keçirilib. Qarşılıqlı əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyi bildirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır