Tenqri
Ana Sayfa
Dünya

Pentaqon rəsmən etiraf etdi: ABŞ ordusu İranla müharibədə ağır itkilər verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatın ilk 10 günü ərzində Amerika hərbi kontingentinin itkiləri barədə ilk rəsmi məlumatı açıqlayıb Publika.az xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun baş nümayəndəsi Şon Parnellə istinadən məlumat yayıb Məlumata görə, müxtəlif dərə

4 gün önce0 görüntülemepublika.az
Pentaqon rəsmən etiraf etdi: ABŞ ordusu İranla müharibədə ağır itkilər verib
Paylaş:

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatın ilk 10 günü ərzində Amerika hərbi kontingentinin itkiləri barədə ilk rəsmi məlumatı açıqlayıb Publika.az xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun baş nümayəndəsi Şon Parnellə istinadən məlumat yayıb Məlumata görə, müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı 140 nəfərdir. Yaralananların əksəriyyətinin xəsarəti yüngül olub və 108 hərbçi artıq xidmətə qayıdıb Bildirilir ki, 8 amerikalı hərbçi ağır yaralanıb və onların uzunmüddətli müalicə və reabilitasiyaya ehtiyacı var. Bundan əlavə, Pentaqon 8 hərbçinin öldüyünü də təsdiqləyib. Bu itkilərə həm birbaşa döyüş toqquşmaları, həm də İranın ABŞ bazalarına pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələr nəticəsində baş verən hadisələr daxildir Daha əvvəl də itkilərlə nəticələnən bəzi insidentlər barədə məlumat yayılmışdı. Belə ki, 1 martda İran PUA-sının Küveyt limanındakı əməliyyat mərkəzinə hücumu nəticəsində 6 amerikalı həlak olub. Həmin vaxt hücumun qarşısını almaq cəhdi zamanı Küveyt pilotu səhvən üç ABŞ F-15 qırıcısını vurub, lakin həmin insidentdə ölən və yaralananlar barədə məlumat açıqlanmayıb Qeyd edək ki, ABŞ hərbçilərinin itkiləri İranın cavab əməliyyatı fonunda baş verib. Tehran bu əməliyyata ölkənin ali dini lideri ayətullah Əli Xameneinin və digər yüksək vəzifəli şəxslərin öldürülməsindən sonra başladığını bildirib. İran hakimiyyəti Yaxın Şərqdə ABŞ-ın istifadə etdiyi bütün hərbi obyektlərin hədəf alınacağını açıqlayıb İranı bir saat ərzində məhv edə bilərdik - Tramp Baş prokuror da hərbi bazaya sığındı: Kimlər təhdid edir? ABŞ kəşfiyyatı amerikalılara xəbərdarlıq etdi: İranın qisasına hazır olun İşlər planlaşdırıldığı kimi getmir: Trampa İranla bağlı elə bir məsləhət verdilər ki İranda sirli radio siqnalları - ABŞ daxildəki agentlərlə belə əlaqə saxlayır Tramp bu xəbərdən sonra İranı hədələdi - “Sürətli və amansız şəkildə məhv ediləcək” Keyt Moss Merilin Monro obrazında - Foto Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər İranı bir saat ərzində məhv edə bilərdik - Tramp Könül Həmzəyeva saxlanıldı Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi