Tenqri
Ana Sayfa
Dünya

Nobel Sülh Mükafatı laureatı: Səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır

Dünyamız dəyişməkdədir. Bəşəriyyət və Yer kürəsi təhlükə altındadır. Paradoks ondadır ki, biz dəyişkən dünyada yaşayırıq. Biz yüksək bağlılıqdan ibarət dünyada yaşasaq da, səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır AZƏRTAC xəbər verir ki, bu söz

2 gün önce0 görüntülemeazertag.az
Nobel Sülh Mükafatı laureatı: Səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır
Paylaş:

Dünyamız dəyişməkdədir. Bəşəriyyət və Yer kürəsi təhlükə altındadır. Paradoks ondadır ki, biz dəyişkən dünyada yaşayırıq. Biz yüksək bağlılıqdan ibarət dünyada yaşasaq da, səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı bağlantı” mövzusunda panel iclasında Nobel Sülh Mükafatı laureatı Kailaş Satyarti deyib O bildirib ki, proseslər əvvəlkindən qat-qat sürətlənib. Uşaqlar və qadınlar diqqətdən kənarda qalır Kailaş Satyarti, eyni zamanda, dayanıqlılıq və inklüzivlik haqqında danışmağln çətin olduğunu, bu məfhumların dünyada ədalətsizliklə üzləşdiyini qeyd edib. Bildirib ki, yüzlərlə konfrans və müzakirələr keçirilir, lakin vəziyyət dəyişmir. Bu, heç də təbii deyil, əksinə, insan tərəfindən yaradılmış vəziyyətdir və qəsdən formalaşdırılıb. Ən böyük çatışmazlıq isə mənəvi məsuliyyətdir. Biz həll yollarını bilirik, problemlər də məlumdur, lakin problemlər və həll yolları arasında böyük boşluqlar mövcuddur. Odur ki, inklüziv artım, dayanıqlı ünsiyyət və rabitə haqqında danışmaq vacibdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır