Nino Burcanadze: Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına inanıram
Cənubi Qafqazda sülhün bərpa olunması çox vacibdir və biz Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyirik. Çox şadam ki, münaqişə dövrü artıq arxada qalıb və regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Gürcüstan parlamentinin

Cənubi Qafqazda sülhün bərpa olunması çox vacibdir və biz Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyirik. Çox şadam ki, münaqişə dövrü artıq arxada qalıb və regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Gürcüstan parlamentinin keçmiş spikeri, Vahid Gürcüstan-Demokratik Hərəkat partiyasının lideri Nino Burcanadze deyib Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev torpaqları azad edərək çox böyük iş gördü və onun müdrikliyi sülh müqaviləsinin imzalanmasına da imkan yaradacaq “Əlbəttə ki, sülh prosesinə mane olmaq istəyən qüvvələr olacaq və bu, heç də asan məsələ deyil. Lakin hər iki dövlətin siyasi iradəsi sülhün dayanıqlı olmasına zəmin yarada bilər. Mən Cənubi Qafqazda sülhün, əmin-amanlığın hökm sürməsinə regionda yerləşən hər 3 dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına və mehriban qonşu dövlətlər olacaqlarına inanıram. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dron zərbəsinə məruz qaldıqda Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycana dəstəyini ifadə etdi. Hesab edirəm ki, bu dron zərbələri ilə Azərbaycanı münaqişəyə cəlb etməyə çalışdılar. Lakin Prezident İlham Əliyev yenə də iradə nümayiş etdirdi, təmkinli olaraq ölkəsinin milli maraqlarını qorudu. Müstəqil Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərin mehriban qonşuluq və tərəfdaşlıq istiqamətində formalaşmasında Eduard Şevarnadze və Heydər Əliyevin böyük rolu olub. O dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən hər iki lider milli maraqları üstün tutaraq bu layihənin həyata keçməsinə nail oldular. Sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildi ki, bunlar da dövlətlərimiz arasındakı qarşılıqlı faydalı əlaqələrin inkişafını göstərir”, - deyə N.Burcanadze sözlərinə əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır