Neftin bahalaşması nə vəd edir?
Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Hesablamalara görə, neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 1,5 milyard dollar artırır. Əgər büdcə hesablamala

Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Hesablamalara görə, neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 1,5 milyard dollar artırır. Əgər büdcə hesablamalarında nəzərdə tutulan qiymət 65 dollar, bazarda faktiki qiymət isə 95 dollar səviyyəsindədirsə, bu, artıq 30 dollar fərq deməkdir. Bu fərqi həftəlik ölçü ilə hesabladıqda isə ortaya belə bir mənzərə çıxır: ölkənin ixrac gəlirləri həftədə təxminən 170-175 milyon dollar, dövlət büdcəsinə daxilolmalar isə təxminən 85-90 milyon dollar daha çox olur Neftin qiymətinin bir gündə 5 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 20-22 milyon dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 10-11 milyon dollar artırır Neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi? İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub: "Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlər ilə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir. Bununla belə, "Statista"nın hesablamarına görə, bu ilin yanvar ayında Brent markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib. 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transferləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transferləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq" İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, hazırda həm neft, həm də qaz təminatı ilə bağlı qlobal narahatlıqlar mövcuddur. Bu faktorlar neft qiymətləri ilə bağlı tərəddüdlər yaradır və nəticədə dünya bazarında qiymətlərin artmasına səbəb olur Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müəyyən müsbət impuls yaratsa da, bunun paralel təsirləri də mövcuddur. Azərbaycan daha baha qiymətə neft sata bilir. Lakin eyni zamanda ölkə idxal etdiyi ərzaq, sənaye və digər məhsulları da daha yüksək qiymətlərlə almağa məcbur qalır. Bu isə xarici valyuta təzyiqlərinin artmasına və nəticədə daxili bazarda bahalaşmaya səbəb ola bilər Ekspert qeyd edib ki, belə hallarda inflyasiya riskləri də yüksəlir. Bu kimi vəziyyətlərdə hökumət adətən əlavə maliyyə alətlərindən istifadə edərək iqtisadi sabitliyi qorumağa çalışır: "Azərbaycanın bu sahədə müəyyən təcrübəsi var və əvvəlki illərdə tətbiq edilən mexanizmlərin yenidən istifadə olunacağı gözlənilir. Qiymət artımı müəyyən mənada əlavə xərclər yaratsa da, bu zərər ciddi hiss olunmayacaq və ümumi mənzərədə Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr daha üstün olacaq" Energetika məsələləri üzrə ekspert İlham Şaban deyir ki, hazırda bazarda müşahidə olunan qiymət artımı daha çox situativ xarakter daşıyır və büdcə gəlirlərinə təsiri dərhal görünmür. Azərbaycan neft qiymətlərinin artımından əlavə qazanc əldə edə bilər. Lakin bu, bazarda baş verən situativ hadisədir. Neftin hazırda hansı qiymətə satılmasının dövlət büdcəsinə konkret təsiri barədə nəsə demək mümkün deyil: "Neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatının gəlirlərini artırır. Çünki baha satmaq şansın yaranır. Amma bu, stabil olmadığından, situativ hal olduğundan nə qazancı müəyyənləşdirmək mümkündür, nə də rifahı. Çünki neft şirkətləri də büdcəyə vergini rüblük şəkildə ödəyirlər. Hardasa aprelin ortasında Maliyyə Nazirliyinin əlində tam real məlumatlar olacaq ki, neft-qaz sektorundan proqnoz göstəricisindən nə qədər çox və ya az vəsait daxil olub büdcəyə. Problem odur ki, ildə təqribən 2 dəfə Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanır. İlin ortasında Neft Fondu illik hesabatı zamanı ötən ilin göstəricisini, bir də gələn ilin büdcəsi tərtib olunarkən cari ilin 9 ayının yekununda olan qiymətlər göstərilir"