“Üçüncü bahar” – yaşlı insanların hüzur tapdıqları məkan - ANONS
“Hər ideyanı həyat özü diktə edir. On il əvvəl birliyin digər həmtəsisçisi Natəvan Yusifova ilə Avropada səyahətdə idik. Orada diqqətimizi çəkən o oldu ki, müxtəlif məkanlarda yaşlı insanlara tez-tez rast gəlinir. Maraqlanıb onlarla ünsiyyət yaratdıq və məlum oldu ki, orada təqaüdə çıxanlar qalan öm

“Hər ideyanı həyat özü diktə edir. On il əvvəl birliyin digər həmtəsisçisi Natəvan Yusifova ilə Avropada səyahətdə idik. Orada diqqətimizi çəkən o oldu ki, müxtəlif məkanlarda yaşlı insanlara tez-tez rast gəlinir. Maraqlanıb onlarla ünsiyyət yaratdıq və məlum oldu ki, orada təqaüdə çıxanlar qalan ömrünü özləri üçün yaşayır, yəni özünü cəmiyyətdən təcrid etmir, kənardan özünə lazımsız biri kimi baxmır, həyatın axarı ilə yaşamağa davam edir. Düşündük ki, görəsən, bizdə də belə düşünənlər və ya onlarla maraqlanan bir platforma varmı? Vətənə qayıdandan sonra araşdırmalara başladıq. Məlum oldu ki, məhz yaşlı insanlarla bağlı heç bir layihə yoxdur və 2017-ci ilin fevral ayında biz belə bir yola çıxdıq, yaşlı insanları yavaş-yavaş ətrafımıza toplamağa başladıq. Təəssüf ki, Avropadan fərqli olaraq bizdə təqaüdə çıxanlar çox vaxt sarsıntı keçirir, düşünür ki, artıq heç kimə lazım deyiləm və bu, onlarda bəzən ruh düşkünlüyü yaradır. Təsəvvür edin, illərlə necə deyərlər, külüng çalan insan bir gün yuxudan oyananda anlayır ki, artıq işə getməyəcək. Baxmayaraq ki, ailə, övlad, nəvə onun ətrafındadır, o, həyatda özünə həm doğma bildiyi, həm aludə olduğu, vərdiş etdiyi bir parçadan həmişəlik ayrıldığının fərqinə vara bilmir. Bu məqsədlə “Üçüncü bahar”ı yaratmaq qərarına gəldik. İstədik onlarda ruh yüksəkliyi oyatmaqdan savayı, bildirək ki, yaşlı nəslə ehtiyac həmişə var. Onlar, “artıq yaşım keçib deyə” fikri ilə yaşamağı unudub, Tanrının onlara bəxş etdiyi ömür payının qalan hissəsini özləri, maraqları, nə zamansa gerçəkləşdirə bilmədikləri arzuları üçün yaşasınlar” Sabahkı “525-ci qəzet”də dərc olunacaq Tamilla M-Zadənin “Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Nərmin xanım Qəniyeva ilə müsahibəsindən oxuya bilərsiniz