Tenqri
Ana Sayfa
Dünya

Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir

Azərbaycanda fintex, səhiyyə və təhsil sahələrində innovasiyaların sınaqdan keçirilməsi üçün “sandbox” modeli tətbiq olunur, bu isə uğurlu təşəbbüslərin daha geniş miqyasda tətbiqinə imkan yaradır AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlob

1 gün önce0 görüntülemeazertag.az
Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir
Paylaş:

Azərbaycanda fintex, səhiyyə və təhsil sahələrində innovasiyaların sınaqdan keçirilməsi üçün “sandbox” modeli tətbiq olunur, bu isə uğurlu təşəbbüslərin daha geniş miqyasda tətbiqinə imkan yaradır AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasda deyib Nazir bildirib ki, “sandbox” vizyonu çərçivəsində müəyyən sahələrdə xüsusi qaydalar tətbiq edilir və hökumət tərəfindən nəzarət olunur. Əgər bu yanaşma uğurlu olarsa, təcrübə genişləndirilir və digər sahələrdə də tətbiq edilir Rəşad Nəbiyev əlavə edib ki, düzgün tənzimləmə və idarəetmə mexanizmləri cəmiyyətin təhlükəsizliyini qoruyarkən, innovasiya ekosisteminin inkişafını da təmin edir. Bu yanaşma həm də Azərbaycanın rəqəmsal və innovativ inkişaf sahəsində beynəlxalq təcrübəyə uyğunlaşmasına xidmət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır