Tenqri
Ana Sayfa
Dünya

Naxçıvanda istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Cari ilin yanvar-fevral ayları ərzində muxtar respublika üzrə istehlakçılara 314,6 min manata yaxın ƏDV məbləği geri qaytarılıb Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9

3 gün önce0 görüntülemeazertag.az
Naxçıvanda istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Paylaş:

Cari ilin yanvar-fevral ayları ərzində muxtar respublika üzrə istehlakçılara 314,6 min manata yaxın ƏDV məbləği geri qaytarılıb Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,4 milyon manatdan çox olub Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 mart 2026-cı il tarixə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3302 ədəd olub. Yeni nəsil nəzarət–kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat və ya 29,4 faiz çoxdur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır