Tenqri
Ana Sayfa
Dünya

Mövcud vəziyyət Azərbaycan üçün neft gəlirləri baxımından böyük imkan yarada bilər - Millət vəkili

“İranda və regionda davam edən müharibə diqqəti həm də onun iqtisadi təsirinə, xüsusilə də neft qiymətlərinə təsirinə yönəlməkdədir. Müharibənin uzanması neftin və qazın qiymətini durmadan artırmaqdadır. Xüsusilə də, Hörmüz boğazında yaranan təhlükə neft bazarına ciddi təsir edir. Hörmüz boğazı düny

3 gün önce0 görüntüleme525.az
Mövcud vəziyyət Azərbaycan üçün neft gəlirləri baxımından böyük imkan yarada bilər - Millət vəkili
Paylaş:

“İranda və regionda davam edən müharibə diqqəti həm də onun iqtisadi təsirinə, xüsusilə də neft qiymətlərinə təsirinə yönəlməkdədir. Müharibənin uzanması neftin və qazın qiymətini durmadan artırmaqdadır. Xüsusilə də, Hörmüz boğazında yaranan təhlükə neft bazarına ciddi təsir edir. Hörmüz boğazı dünya enerji sisteminin ən strateji nöqtələrindən biridir. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi (20-21mln barrel) məhz bu boğazdan keçir. Bu səbəbdən regionda baş verən geosiyasi-hərbi gərginlik və ya bu marşrutun bağlanması qlobal enerji bazarında dərhal ciddi qiymət artımı ilə nəticələnməkdədir. Neftin bir barelinin bazar qiymətinin artıq 89 dolları, may ayı üçün isə fyuçers qiymətlərinin 116 dolları keçməsi buna sübutdur. Eyni zamanda, təbii qaz qiymətlərində də artım müşahidə olunur. Dünya bazarına neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur. Çünki ölkəmiz öz neftini Bakı–Tbilisi–Ceyhan və digər marşrutlarla dünya bazarına çıxarır və ixracımız Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artımı baş verəndə, Azərbaycan fiziki ixrac marşrutlarında problem yaşamadan daha yüksək qiymətdən satış imkanı əldə edə bilir” Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, rəqəmlərə əsasən, 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton (təxminən 169 milyon barel) neft və kondensat ixrac edib. Dövlət büdcəsində isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Qlobal bazarda qiymətin bu səviyyədən orta və uzun müddətdə əhəmiyyətli dərəcədə yuxarı olması ölkəmizin ixrac gəlirlərini və büdcə imkanlarını xeyli artıracaqdır. Belə bir vəziyyət həm Azərbaycanın ticarət balansını, valyuta ehtiyatlarını və büdcə gəlirlərini gücləndirə bilər: “Maliyyə Nazirlyinin 2025-ci il büdcə paketində təqdim etdiyi hesablamalara görə neftin bir barelinin 10 dollar artması dövlət büdcəsi gəlirlərini təxminən 400 milyon manat artıra bilər. Hazırda dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı neftin qiyməti 65 dollar həddində götürülüb. Bu o deməkdir ki, neftin qiymətinin 100 və 120 dollar həddində olması dövlət büdcəsi gəlirlərini müvafiq olaraq 1.4 mlrd və 2.2 mlrd manat artıra bilər. Lakin bir məsələni nəzərə almaq lazımdır ki, bu cür qiymət artımı regional və ya qlobal gərginlik fonunda baş verir. Bu isə dünya iqtisadiyyatında inflyasiya, tələbin azalması və iqtisadi qeyri-müəyyənlik kimi riskləri də artırır. Qeyd etmək lazımdır ki, Azərbaycanın idxalının 50 faizinə yaxını regional müharibənin əhatə etdiyi ölkələrdən gəlir. Baş verən hadisələrin inflyasiyanı gücləndirəcəyi, idxal qiymətlərini isə artıracağı şübhəsizdir. Bir sözlə, İran ətrafında baş verən müharibə qısa və orta müddətdə Azərbaycan üçün neft gəlirləri baxımından böyük imkan yarada bilər. Amma bu, təbii iqtisadi üstünlük deyil; daha çox regional müharibə riskindən doğan gəlirdir. Ona görə də belə hallarda ən rasional yanaşma əldə olunan əlavə gəlirləri strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu, neft qiymətlərinin dəyişkənliyindən asılılığı azaltmaq baxımından uzunmüddətli sabitlik yaradır. Bu strategiya həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafı siyasəti ilə uzlaşır”