Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir VİDEO
Bakı Forumu çox böyük və səmərəli danışıqlar, müzakirələr platformasıdır. Çox sayda müzakirələr keçirilib və hazırda da davam edir. Əlbəttə ki, dünyada baş verən geopolitik müxtəlif faktorlar da müzakirə olunur Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Prezidentinin iqlim məsələləri ü

Bakı Forumu çox böyük və səmərəli danışıqlar, müzakirələr platformasıdır. Çox sayda müzakirələr keçirilib və hazırda da davam edir. Əlbəttə ki, dünyada baş verən geopolitik müxtəlif faktorlar da müzakirə olunur Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib “İqlim danışıqlarına həsr olunmuş sessiyada müxtəlif ölkələrin COP prezidentləri Azərbaycanda bir araya gəldi. Biz vahid komanda şəklində işləyirik. COP prezidentləri ilə həm panel müzakirədə, həm də təkbətək görüşüb müzakirə aparmışıq”, - deyə Muxtar Babayev bildirib Onun sözlərinə görə, mövcud qlobal böhranlar iqlim danışıqlarına təsirsiz ötüşmür: “Asan deyil. Bilirsiniz müxtəlif faktorlar iqlim danışıqlarına çox böyük mənfi təsir göstərir. Böhran vəziyyətləri COP prosesinə, danışıqlara çox ciddi maneədir” Muxtar Babayev bildirib ki, Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir “Biz COP31-ə ev sahibliyi edəcək Türkiyəyə təşkilati məsələlərdə, bu işi həyata keçirəcək komandanın formalaşdırılmasında yaxından köməklik edirik. Burada həm danışıqçıların, həm də iqlim çempionlarının işi xüsusi qeyd olunmalıdır. İnanırıq ki, Türkiyə bu tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək”,- deyə Muxtar Babayev əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır