Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi Vyaçeslav Lavruxin gizli şəkildə Belarusa işləməyə yollanıb Publika.az xəbər verir ki, bu barədə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti Stella Zaxarova Ukraynanın "Çempion" nəşrinə verdiyi şərhdə məlumat verib "Belə bir şey ümumi

İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi Vyaçeslav Lavruxin gizli şəkildə Belarusa işləməyə yollanıb Publika.az xəbər verir ki, bu barədə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti Stella Zaxarova Ukraynanın "Çempion" nəşrinə verdiyi şərhdə məlumat verib "Belə bir şey ümumiyyətlə olmamalıdır, onun Ukraynaya yolu ömürlük bağlanmalıdır. Bu onun qərarıdır, o bizi məlumatlandırmadı, sadəcə yoxa çıxdı. Biz yazdıq, zəng etdik, lakin o cavab vermədi. Bundan sonra isə qəfildən Belarusa getdiyi məlum oldu", - deyə o qeyd edib Lavruxin 2011-ci ildə Ukraynanın əməkdar məşqçisi adını alıb. Karyerası ərzində o, 2012-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı olan ukraynalı gimnast İqor Radivilovla çalışıb 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarının startı ərəfəsində yeni dayaqla tullanma növünə onun adı verilmişdi Güləşçimiz Avropa ikincisi oldu "Qarabağ" "Zirə"ni məğlub etdi "Neftçi" "Abşeron Lions"a uduzdu Klebo beyin silkələnməsi keçirdi Şahmatçımız beynəlxalq turnirin qalibi oldu Bu iki federasiya birləşdirildi Əfsanəvi qrupun gitaristi vəfat etdi "Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm" Millinin baş məşqçisi gizlicə Belarusa köçdü Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto Məşhur aktyorun sevgilisi yataqda pozalar verdi - Foto Ramazanın 25-ci günü: Dua, imsak və iftar vaxtı Bakıda ət bahalaşdı - Bəs Sumqayıtda? Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video