Milli Qəhrəmanın oğlu: Mərhələləri uğurla keçərək bu məsuliyyətli və şərəfli peşəyə layiq görüldüm
Mən karyerama Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsində tədqiqatçı vəzifəsində işləməklə başlamışam. Daha sonra öz istəyimlə polis orqanlarından xaric edildim və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hüquqşünas kimi işə başladım. Hüquqşünas kimi təxminən dörd ilə yaxı

Mən karyerama Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsində tədqiqatçı vəzifəsində işləməklə başlamışam. Daha sonra öz istəyimlə polis orqanlarından xaric edildim və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hüquqşünas kimi işə başladım. Hüquqşünas kimi təxminən dörd ilə yaxın fəaliyyət göstərdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmaq qərarına gəldim. Bunun üçün imtahanlara hazırlaşdım və mərhələləri uğurla keçərək bu məsuliyyətli və şərəfli peşəyə layiq görüldüm Bunu AZƏRTAC-a müsahibəsində Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev deyib C. Mirzəyev Milli Aviasiya Akademiyasının hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib Qeyd edək ki, Milli Qəhrəman Kərəm Mirzəyev 1960-cı ildə Qubadlı rayonunda anadan olub. O, 1990-cı ildən polis orqanlarında fəaliyyətə başlayıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumu zamanı, 1992-ci ilin iyul ayında keçirilən Laləzar əməliyyatında böyük şücaət göstərərək ermənilərin Karen adlı döyüşçüsünü məhv edib. 1992-ci il oktyabrın 1-də isə mühasirəyə düşmüş 72 döyüş yoldaşını mühasirədən çıxararaq özü qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli Sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır