Tenqri
Ana Sayfa
Dünya

Məşhur pop ulduzu Keti Perri adaşına uduzdu: Məhkəmədən yekun qərar

Tanınmış amerikalı pop ifaçısı Keti Perri adaşı olan avstraliyalı modelyer Keti Teylora (qızlıq soyadı Perri) qarşı qaldırdığı məhkəmə iddiasını uduzub. Qeyd edək ki, dizayner hələ müğənninin məşhurlaşmadığı 2007-ci ildə öz adını rəsmi ticarət nişanı kimi qeydiyyata almaq üçün müraciət etmişdi Oxu

4 gün önce0 görüntülemeoxu.az
Məşhur pop ulduzu Keti Perri adaşına uduzdu: Məhkəmədən yekun qərar
Paylaş:

Tanınmış amerikalı pop ifaçısı Keti Perri adaşı olan avstraliyalı modelyer Keti Teylora (qızlıq soyadı Perri) qarşı qaldırdığı məhkəmə iddiasını uduzub. Qeyd edək ki, dizayner hələ müğənninin məşhurlaşmadığı 2007-ci ildə öz adını rəsmi ticarət nişanı kimi qeydiyyata almaq üçün müraciət etmişdi Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb Martın 11-də Avstraliyanın Ali Məhkəməsi qərar çıxarıb ki, modelyer Keti Perrinin istifadə etdiyi marka amerikalı ulduzun adı ilə oxşarlıq təşkil etsə də, heç bir əqli mülkiyyət qanunvericiliyini pozmur və alıcılarda hər hansı çaşqınlıq yaratmır Tərəflər arasında məhkəmə beş ildən artıq davam edib. 2023-cü ildə dizaynerin xeyrinə qərar verilsə də, 2024-cü ildə apellyasiya instansiyası həmin hökmü ləğv etmişdi Son qərarda vurğulanıb ki, pop ulduzunun Avstraliya ərazisindəki nüfuzu olduqca güclüdür və Teylora məxsus geyim markasını izləyən heç bir şəxs bu iki fərqli şəxsi bir-biri ilə səhv salmaz İfaçının mətbuat katibi bildirib ki, sənətçi heç vaxt Keti Teylorun ticari fəaliyyətini dayandırmaq və ya onun öz adı altında geyim satmasına mane olmaq niyyətində olmayıb. Bununla belə, Ali Məhkəmənin avstraliyalı dizaynerin ticarət nişanını qüvvədə saxlamasına baxmayaraq, amerikalı müğənninin nümayəndəsi bəzi hüquqi məqamların yenidən araşdırılması üçün işin müəyyən hissəsinin məhkəməyə geri qaytarıldığını da diqqətə çatdırıb Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın