Tenqri
Ana Sayfa
Dünya

Merz ABŞ-ı İran münaqişəsinin başa çatdırılması üçün “inandırıcı plan” hazırlamağa çağırıb

Almaniya kansleri Fridrix Merz ABŞ və İsraili İranla münaqişənin başa çatdırılması üçün aydın strategiya hazırlamağa çağırıb və İran dövlətçiliyinin zəifləməsi təhlükəsi barədə xəbərdarlıq edib APA xəbər verir ki, Merz bu barədə Norveçə səfəri zamanı açıqlama verib Onun sözlərinə görə, müharibə uz

2 gün önce0 görüntülemeapa.az
Merz ABŞ-ı İran münaqişəsinin başa çatdırılması üçün “inandırıcı plan” hazırlamağa çağırıb
Paylaş:

Almaniya kansleri Fridrix Merz ABŞ və İsraili İranla münaqişənin başa çatdırılması üçün aydın strategiya hazırlamağa çağırıb və İran dövlətçiliyinin zəifləməsi təhlükəsi barədə xəbərdarlıq edib APA xəbər verir ki, Merz bu barədə Norveçə səfəri zamanı açıqlama verib Onun sözlərinə görə, müharibə uzandıqca cavablardan daha çox suallar yaranır “Getdikcə daha aydın görünür ki, inandırıcı plan lazımdır. Bu müharibənin necə başa çatdırılacağı ilə bağlı konkret strategiya olmalıdır”, – deyə o bildirib Kansler vurğulayıb ki, Almaniya və Avropa sonsuz müharibədə maraqlı deyil “İranın ərazi bütövlüyünün, dövlətçiliyinin və iqtisadi dayanıqlığının dağılması bizim üçün də çox ciddi nəticələrə səbəb ola bilər”, – deyə Merz qeyd edib Eyni zamanda o, İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq qonşu ölkələrdəki hədəflərə zərbələr endirməsini və Hörmüz boğazının bağlana biləcəyi ilə bağlı xəbərdarlıqları qətiyyətlə pislədiyini bildirib