Müctəba Xamenei ilk dəfə doğmalarının ölümündən danışdı
İranın yeni ali lideri Müctəba Xamenei, ABŞ və İsrailin əməliyyatları nəticəsində həyat yoldaşını və bacısını itirdiyini təsdiqləyib Publika.az xəbər verir ki, onun bu bəyanatı İranın dövlət teleradio şirkəti (IRIB) tərəfindən yayılıb Televiziya vasitəsilə səsləndirilən bəyanatda Xamenei deyib: "

İranın yeni ali lideri Müctəba Xamenei, ABŞ və İsrailin əməliyyatları nəticəsində həyat yoldaşını və bacısını itirdiyini təsdiqləyib Publika.az xəbər verir ki, onun bu bəyanatı İranın dövlət teleradio şirkəti (IRIB) tərəfindən yayılıb Televiziya vasitəsilə səsləndirilən bəyanatda Xamenei deyib: "İtkisi hər kəsə məlum olan atamla yanaşı, ümid bəslədiyim əziz və sadiq həyat yoldaşımı, özünü valideynlərinə xidmətə həsr etmiş və layiq olduğu mükafatı almış fədakar bacımı, həmçinin onun kiçik övladını şəhidlər sırasına qurban verdim" Eyni zamanda, martın 12-də "The Sun" qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığı barədə məlumat yayıb. Jurnalistlərin iddiasına görə, İran lideri bir və ya hər iki ayağını itirib və hazırda komadadır. Məlumatda onun Tehranın tarixi məhəlləsində yerləşən "Sina" xəstəxanasının reanimasiya şöbəsində olduğu qeyd edilir Bundan əvvəl, martın 11-də "The New York Times" qəzeti İran rəsmilərinə istinadən Xameneinin ABŞ və İsrailin ilk hücum günündə yaralandığını yazmışdı. Məhz bu səbəbdən yeni ali liderin hələ də ictimaiyyət qarşısına çıxmadığı və video müraciət yaymadığı bildirilir Qeyd edək ki, 56 yaşlı Müctəba Xamenei, ABŞ və İsrailin Tehran iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olan Ayətullah Əli Xameneinin oğludur. O, martın 8-də Ekspertlər Məclisi tərəfindən yekdilliklə İranın yeni rəhbəri seçilib Tehran, Şiraz, Əhvaz – İsrail bu şəhərləri eyni vaxtda bombaladı Simonyan İstanbula gedir: Məqsəd nədir? Avropa Gürcüstanı yola gətirdi: Tbilisi Rusiya ilə bağlı vəd verdi İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video Netanyahu İranın nüvə alimlərinin məhv edildiyini bəyan etdi Türkiyədə güclü zəlzələ oldu - VİDEO Messiyə "Barselona"da bu vəzifə veriləcək Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi Bu universitetdə erməni dilində kurslar təşkil edildi Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama Mayda 14 gün qeyri-iş günü olacaq Milli Məclisin iclası başladı Ali Məhkəmədən mühüm qərar