ƏMAS-da daha bir yenilik: Ştat vahidi yaradılarkən vəzifə maaşının daxil edilməsi tələb olunacaq
“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil ed

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir Həmin yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır