Tenqri
Ana Sayfa
Dünya

Lu Mey İrandan Çin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

“Ötən il Çin-Azərbaycan münasibətləri tarixində əlamətdar il oldu. Çin Sədri Si Cinpin və Prezident İlham Əliyev iki dəfə görüşüb və Çin-Azərbaycan münasibətlərini yüksək keyfiyyətli və hərtərəfli inkişafın yeni mərhələsinə çıxaran hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını birgə bəyan ediblər”

3 gün önce0 görüntüleme525.az
Lu Mey İrandan Çin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Paylaş:

“Ötən il Çin-Azərbaycan münasibətləri tarixində əlamətdar il oldu. Çin Sədri Si Cinpin və Prezident İlham Əliyev iki dəfə görüşüb və Çin-Azərbaycan münasibətlərini yüksək keyfiyyətli və hərtərəfli inkişafın yeni mərhələsinə çıxaran hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını birgə bəyan ediblər” 525.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri xanım Lu Mey brifinqdə deyib Səfir bildirib ki, bu ilin əvvəlindən Çin-Azərbaycan əlaqələri güclü təkan nümayiş etdirib: “Yanvarın sonunda Çinin xarici işlər naziri Van İ Pekində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb. Nazir Van İ bəyan edib ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Çin Azərbaycanla münasibətlərə strateji perspektivdən baxacaq və inkişaf etdirəcək. Tərəflərin bütün səviyyələrdə əlaqələri davam etdirməsi, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini dərinləşdirməsi, humanitar mübadilələri təşviq etməsi və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirməsi mühümdür” Səfir əlavə edib ki, xüsusilə vurğulamaq vacibdir ki, ABŞ və İsrailin İrana hərbi zərbələri başlayandan bəri Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyyəsinə fəal köməklik göstərib. 600-dən çox Çin vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən uğurla Azərbaycana daxil olmasına yardım edib: “Bu, Çin və Azərbaycan arasında yüksək siyasi qarşılıqlı etimadın daha bir konkret təzahürüdür. Azərbaycan hökumətinə bu məsələdə göstərdiyi dəstəyə və köməyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”